27 iyun 2019 11:38
3055

“Azneft” İB-in müəssisəsinə yeni rəis təyin edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsinə yeni idarə rəisi təyin olunub.

Bu barədə “Azneft” İB-nin sosial şəbəkədəki rəsmi səhifəsində qeyd edilib.

Məlumata görə, “Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsinə “Bibiheybətneft” NQÇİ-nin baş mühəndisi Cavanşir Allahverdiyev təyin olunub. O, idarənin kollektivinə təqdim olunub.