"Ayaks" iki futbolçusu ilə yollarını ayırıb.
“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar Rayan Babel və Bruno Vareladır. Onlarla icarə müddəti başa çatdığı üçün yollar ayrıblar.
Qeyd edək ki, Hollandiya təmsilçisi bu mövsümün əvvəli Babeli "Qalatasaray"dan Varelanı isə "Benfika"dan icarəyə götürmüşdü.