13 mart 2020 09:30
2071

Bakıda 112 yaşayış binasına qaz verilib

Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Bakıda bir çox binanın istismara qəbulu prosesi bu il də diqqətdə saxlanılır.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən "İki sahil"ə verilən məlumata görə, fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” müvafiq tədbirləri davam etdirir.

Belə ki, 2020-ci il yanvar ayının 7-dən fevral ayının 29-na qədər 112 yaşayış binası üzrə 5 097 mənzil təbii qazla təmin olunub.