İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”a qarşı keçiriləcək oyun üçün Bakıya səfər etməyəcək.
“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, 18 yaşlı hücumçu bərpa prosesini davam etdirmək və tam hazır vəziyyətə qayıtmaq məqsədilə Barselonada qalacaq.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb