04 iyun 2020 13:40
1114

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəkidə əməliyyat keçirib

Şəki sakinindən odlu silahlar götürülüb. “İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini R.Əliyevin evinin zirzəmisindən “Naqan” markalı tapança, “İJ” markalı yivli tüfəng və 41 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb. Araşdırma aparılır.