06 avqust 2020 11:54
395

Belçika yenidən karantinə bağlana bilər

Bir neçə gündür ki, Belçika epidemioloqları ölkədə koronavirusun ikinci dalğasının başlanması əlamətlərindən danışırlar.

Belçikalı həkimlər birliyində “ölkədə koronavirusun ikinci dalğasının başlanmasına” əmindirlər.

Virusoloqların sözlərinə görə, çox ehtimal ki, xəstəliyin ikinci dalğası 2020-ci ilin mart-aprel aylarında bu ölkəni bürümüş birinci dalğa qədər güclü olmayacaq. İndi belçikalı həkimlər və ölkənin xəstəxanaları koronavirusa qarşı mübarizəyə hazırdırlar. Onlar bütün zəruri vasitələrlə təmin edilib. Həkimlər bildirirlər ki, xəstəxanalarda çarpayı çatışmazlığı olmayacaq. Bununla bərabər, ölkənin yenidən karantinə bağlanacağı istisna olunmur. Doğrudur, hələlik bu barədə danışmaq tezdir, lakin ekspertlər xəbərdarlıq edirlər ki, buna hazır olmaq lazımdır. //AZƏRTAC