07 avqust 2020 10:47
4105

Bu faktlar dünya tarixinə baxışınızı dəyişəcək - FOTO

İstənilən tarixi hadisənin qabaqcadan planlaşdırıldığını, məqsədyönlü olduğunu, dünyanı idarə edən gizli qurumların əməli olduğunu iddia edənlər var. Bəzi insanlar hesab edirlər ki, adi insanlardan bütün tarixi sənədlər və etibarlı faktlar gizlədilir. Lakin bəzən dünyanın bizə təqdim edilən görünüşünü pozan və insanların manipulyasiyasının qarşısını alan şok faktlarla qarşılaşırıq.

Aşağıda əslində başqa cür olub, insanlara fərqli təqdim edilən hadisələrlə tanış ola bilərsiniz:

ABŞ prezidenti  Con Kennedinin ölümü

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin ölümü ilə bağlı rəsmi məlumatlarda onun Li Harvey Osvald tərəfindən öldürüldüyü bildirilir. Lakin bəzi müstəqil ekspertlər əmindirlər ki, prezidentin öldürülməsində Amerikanın xarici və daxili siyasətindən narazı qüvvələrin əli var.

Bir versiyaya görə, Linkoln kimi Kennedi də yezuitlərin istəyi ilə öldürülüb. Hər kəs bilirdi ki, Kennedi Vyetnamdakı müharibəni vaxtından əvvəl başa çatdırmaq istəyir və bu həmin vaxt Vatikanın planlarına zidd idi. Katolik kilsəsinin məqsədi bölgədə katolikliyi yaymaq və Roma papasının təsiri altına keçirmək idi.

“Titanik”in batması

Gəminin aysberqlə toqquşması versiyasından başqa bu dəniz fəlakəti ilə bağlı daha üç versiya mövcuddur. Bu versiyalardan birinə görə, “Titanik” heç batmayıb, onun yerinə bir il əvvəl inşa edilmiş oxşarı “Olimpik” batıb.

İkinci versiyaya görə, gəmi buz parçası ilə toqquşmadan əvvəl artıq kömür bunkeri rayonunda alışmağa başlamışdı. Aysberq yan tərəfdən yanan hissəyə dəydi və içəridə alovu daha da gücləndirdi. Üçüncü versiyaya görə, “Titanik” qədim Misir keşişlərinin lənətinə görə məhv oldu, çünki Qədim Misirin tədqiqatçısı Lord Kerntervil onun göyərtəsində öz kolleksiyası üçün mumiyalar daşıyırmış.

Maykl Ceksonun ölümü

Pərəstişkarları çox vaxt sevdikləri müğənninin ölümü ilə barışa bilmirlər. Pop musiqisinin kralı Maykl Ceksonun fanatları da illər keçsə də, müğənninin ölümünü qəbul edə bilməyiblər. Amerikalı müğənninin ölümünün araşdırılması zamanı tutarsız arqumentlər, ölümündən əvvəl ciddi sağlamlıq problemlərinin olmaması, ən son fotoşəkillərin saxta olması, işləyən təhlükəsizlik kameralarında videonun olmaması və s. pərəstişkarlarında şübhələr yaradır.

Dəfn mərasimində tabutun açılmaması, müğənninin ailə üzvlərinin duyğulanmaması məlumdur. Ayrıca, nəzəriyyənin tərəfdarları arqument olaraq üç il əvvəl Ceksonun qızının avtomobildə çəkilmiş şəklini sübut gətirməyi sevirlər. Şəkildə bəzi işıq və kontrast parametrlərinin dəyişdirilməsi ilə kralın özünü arxa oturacaqda görmək mümkündür. Yeri gəlmişkən, ulduzların gündəliyində ölümlərini saxtalaşdırmaqla təqaüdə çıxmaq niyyətlərini göstərən yazıların olduğunu iddia edənlər də vardır.

Qədim Misir tarixində uyğunsuzluqlar

Bizə elə gəlir ki, Yer üzündəki ən qədim sivilizasiyalardan biri olan Misirin tarixi çox geniş araşdırılıb və bütün əsas məqamlar dəqiq müəyyənləşdirilərək təsdiqlənib. Əslində, bir neçə min il bundan əvvəl baş verənlərə cavabdehlik daşımaq çox çətindir.

1857-ci ildə tapılan daş sərdabə onu göstərdi ki, firon Hefren sfinksi yaratmayıb, sadəcə onu restavrasiya etdirib. Fantastik bir məxluq fiqurunun düşündüyümüzdən daha qədim olması, arxa tərəfində ağır musson yağışlarının izləri ilə təsdiqlənir. Alimlər təsdiq edirlər ki, belə dəhşətli yağıntılar Misirdə ən az səkkiz min il bundan əvvəl baş verib.

Xronologiyada pozuntu

İlk dəfə bəşər tarixindən bütöv yüzilliklərin çıxarıldığını XVII əsrdə İsaak Nyuton demişdi. Misirologiyanın banisi Şampolyon fironların hakimiyyət dövrlərini qarışıq salaraq və bəzi Qədim Misir hökmdarlarının hakimiyyət dövrü ilə bağlı heç nə tapmayaraq, Misirin tarixini ən azı üç yüz il azaldıb.

Yaponlar Perl-Harbora hücum etməyə ABŞ tərəfindən təhrik ediliblər

Hazırda ABŞ prezidenti Ruzveltin qabaqcadan İkinci Dünya Müharibəsinə başlamaq məqsədinin olması hamıya məlumdur. Ancaq o zaman Ruzvelt bu addımı atmaq üçün bəhanə tapa bilmirdi. Başlamaq üçün ən yaxşı səbəb Yaponiyanın ABŞ-a qarşı aqressiyasını dünya ictimaiyyətinə göstərmək və beləcə işə başlamaq idi.

Hiyləgər siyasətçi məhz belə də etdi, o, təxribatçı ultimatum sənədini yolladı və bununla da yaponları əvvəlcə ABŞ-a hücum etməyə məcbur etdi. Hər şey planlaşdırıldığı və hesablandığı üçün ən qiymətli hərbi gəmilər və təyyarə daşıyıcıları Perl Harbordakı bazadan çıxarılmışdı.

Troyanın açılışı

Hesab edirlər ki, əfsanəvi Troya abidəsi müasir Türkiyə ərazisindəki Hissarlık təpəsində yerləşir. Orada qədim şəhər xarabalıqlarını tarixçi və arxeoloq Şliman kəşf etmişdi. Lakin bu böyük kəşf dövründə Şliman dahi alim və hətta həvəskar arxeoloq belə deyildi.

Lakin müasirləri onu elmdə öz izini qoymaq üçün hər şeyə əl atan bir yaramaz kimi qələmə verdilər. Onun kəşfinə maraq birdən-birə azaldı, hətta muzeylər Troyanın kəşfi zamanı tapılan artefaktları öz ekspozisiyalarına qəbul etmədilər.

11 sentyabr hadisəsi

“Zamanın ruhu” filmi bir çox insanların ağlına şübhələr saldı. Məlum oldu ki, terrorizm hökumətlərin əlində kütlələri manipulyasiya etmək üçün əla vasitədir. 9/11 hücumu bir çoxları tərəfindən bu nəzəriyyənin təsdiqi hesab olunur.

Minlərlə insanın ölümünə səbəb olan hücum ABŞ hökumətinə gizli xidmətlərə şərait yaradan “Patriot Aktı”nı qəbul etməyə imkan verdi. Bu sənəd müvafiq məhkəmənin icazəsi olmadan rəsmi axtarışlar və həbslər aparmağa, ABŞ sakinlərinin yazışmalarını izləməyə, səs yazılarına qulaq asmağa icazə verir.

Nubar Süleymanova, “İki sahil”