12 mart 2020 12:03
2123

Bu maşın görənləri  valeh edir - 100 min lirə xərclənib - FOTO

Türkiyənin Ordu şəhərinin Fatsa rayonunda yaşayan Şakir Karaoğlanoğlu təxminən 100 min TL xərcləyərək bir müddət əvvəl satın aldığı 1960-cı il klassik model avtomobili bərpa edib.

“İki sahil” xəbər verir ki, klassik avtomobillərə marağı olan Ş.Karaoğlanoğlu 60 illik avtomobilini təxminən 8 ay ərzində 100 min TL xərcləyərək orijinalda olduğu kimi hazırlayıb. Hazırda sürüldüyünü deyən, lakin bəzi çatışmazlıqlarının olduğunu bildirən və maşınını satmaq niyyətində olmayan Ş.Karaoğlanoğlu avtomobilini oğluna miras qoyacağını düşündüyünü söyləyib.

Əvvəllər 1976-cı il model nəqliyyat vasitəsinə sahib olan və bərpa edə bilmədiyi üçün klassik avtomobili satın alan Karaoğlanoğlu “Bu avtomobilə İstanbulda rast gəldim. Avtomobili ölüxanadan aldım. 8 aylıq təmir əməliyyatından sonra bu hala gətirə bildim. Eksikləri var. Türkiyədə hissələtini  tapmaq çox çətin idi, çətinlik yaşayırıq amma yavaş-yavaş tamamlamağa davam edəcəm” dedi.

“Mənə bu çaşın bu ana kimi 170 min lirəyə başa gəlib” bildirən  Ş.Karaoğlanoğlu əlavə edib ki, təxminən 35 min lirəyə qədər də xərc tələb edir: “Bu cür avtomobilləri onsuz da satmaq üçün təmir etmirik. Maraqlı olan dostlarımızla bir yerə çalışırıq. 70 min lirə aldım, 95 min lirəyə qədər də xərc çəkdim. Tamamilə bərpa edildikdə 200 min lirəyə çatacaq.”

Həssaslıqla bərpa etdiyi nəqliyyat vasitəsini satmaq niyyətində olmadığını və bunu oğluna miras olaraq qoymağı hədəflədiyini dilə gətirən Ş.Karaoğlanoğlu qeyd edib ki, insanların reaksiyası da çox gözəldir: “Toy və sünnət etmək üçün istəyirlər. İnsanlar düşünür ki, bu ümumiyyətlə yolda getməz və nəqliyyat vasitəsinin hərəkətdə olduğunu görəndə təəccüblənirlər və maraq göstərirlər.”

Ş.Karaoğlanoğlu avtomobilin mühərrikinin də original olduğunu söyləyib.