16 aprel 2019 18:12
879

Cəlilabadda faraş kartofun yığımına başlanılıb

Bir neçə gündür Cəlilabad rayonunda polietilen örtüyü altında yetişdirilən faraş kartofun yığımına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda yetişdirilən faraş kartof məhsulu yerli bazarlarla yanaşı, xarici ölkələrə, əsasən də Rusiyaya ixrac edilir.

Qeyd edək ki, bu il Cəlilabad rayonunda 5 min hektardan çox sahədə kartof əkilib. Ümumilikdə, sahələrdən 150 min tona yaxın məhsulun yığılması gözlənir.