01 oktyabr 2020 18:40
1697

Çırpınırdı Qara dəniz… Xəzərə qovuşmaq üçün!

Küçə və meydanlarımızı bəzəyən, qələbə, həmrəylik rəmzi olan Türkiyə ilə Azərbaycanın dövlət bayraqlarının qoşa dalğalanması «Bir  millət, iki dövlət» aforizmini əbədiləşdirir, düşmənlərə göz dağı verir

Azərbaycan -Türkiyə qardaşlığının iqtisadi uğuru olan enerji layihələri ilə  birləşən Qara və Xəzər dənizləri rəmzi mənada da olsa,  bu gün  bir ürək  kimi döyünür,  eyni sevinclə coşur, dalğalanır.  Həqiqi mənada «Bir millət , iki dövlət» olan Türkiyə-Azərbaycan birliyinin  qüdrətindən yuxusu ərşə çəkilən Ermənistan və ona illərdən bəri sığal çəkib  ərköyünləşdirən tərəflər belə bu  gücün, həmrəyliyin qarşısında  acizdirlər. Çünki Türkiyə ilə Azərbaycanı birləşdirən  mövsümünün, dövrün siyasi  maraqları deyil. Bu qardaşlığın təməlində  əsrlərə söykənən və illərin sınağından çıxan,  döyüşlərdə çiyin-çiyinə verərək ölüm-dirim savaşında   bir olan qardaşların bölünməyən, azalmayan sədaqəti, biri-birinin uğurunda ölmək andı, vəfası dayanır.

Ermənistanın illərdən bəri işğal altında saxladığı Azərbaycan  torpaqlarının azad olunması uğrunda mübarizədə  sınanan bu birlik növbəti dəfə  monolitliyini dünyaya bəyan etdi. Dağlıq Qarabağ uğrunda döyüşlərdə   Azərbaycanla həmrəyliyini  mənəvi dəstəyi ilə bildirən Türkiyənin ölkəmizlə yaxınlığı  türkçülük ideyasından qorxanları  küncə sıxışdırıb. Bu təlaş bu günün narahatçılığı deyil. Daşnakların Azərbaycan və Türkiyə əleyhinə  səsləndirdikləri   qan qoxulu sözlərini, törətdikləri təxribatları  xatırlamaqla erməniliyin  alternativ  adının «genosid» olduğunun həqiqiliyinə inanırsan.

«Rossiya-1» telekanalının «60 dəqiqə» proqramında  təşkil olunan verilişdə Prezident İlham Əliyevin açıqlamaları qarşısında  aciz qalan  Ermənistanın baş naziri Nikol Paşinyanın «Beynəlxalq birlik Azərbaycanın təcavüzkar hərəkətini və təcavüzünü qətiyyətlə pisləməlidir. Türkiyənin hərəkətləri pislənməlidir. Tələb etmək lazımdır ki, Türkiyə ümumiyyətlə, bu regiondan çıxsın. Ona görə ki, Türkiyənin Cənubi Qafqazda hərbi iştirakı heç bir yaxşı şey vəd etmir. Bu, münaqişənin daha da genişlənməsinə və bu hərbi əməliyyatların, bu müharibənin miqyasının artmasına gətirib çıxara bilər. İndi beynəlxalq birlik Türkiyəni Cənubi Qafqazdan çıxmağa  məcbur etmək və Azərbaycanı təcavüzü, təcavüzkar hərəkətlərini, hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün konkret səy göstərməlidir» sözləri ermənilərə sələflərindən qalma antitürk ideyasını, Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarını əks etdirməklə,  türklərə nifrətin sonsuzluğunu göstərir. Bu nifrəti nəsildən- nəslə ötürən ermənilər qanla yazılan  konstitusiyalarında belə türkçülüyə nifrət xüsusilə qeyd olunur.  İyirmidən artıq türk diplomatını qətlə yetirən ermənilərin son iki əsrdə azərbaycanlılara qarşı törətdikləri soyqırımları da  erməni  vəhşiliyinin ifadəsidir. Müasir tariximizə nəzər salaq.

…Türkiyənin şərqindəki Ağrı dağı ərazilərinin geri alınmasını  ölkə gənclərinə hədəf göstərən Ermənistanın sabiq prezidenti Serj  Sarkisyan onların  «Qərb torpaqlarımızı Ağrı dağı ilə  birlikdə geri ala biləcəyikmi» sualını belə cavablandırır: « Bu sizə bağlıdır. Bizim dövrün insanları öz öhdəliklərini layiqincə yerinə yetirərək 1990-cı illərdən sonra vətənimizin bir parçası olan Qarabağı düşmən əlindən xilas etdi. Hər nəslin öz vəzifəsi var. Sizin də  gələcəkdə  öz vəzifələrinizi yerinə yetirib, yetirməyəcəyiniz birlik və bütövlüyünüzlə bağlıdır. Biz erməni milləti həmişə Səməndər quşu (?) kimi öz külümüzdən dirilməyi bacarmışıq. Amma qeyd etməliyəm ki, bu gün dünyada ölkələrin etibarı onların ərazisi ilə  ölçülmür. Ermənistan müasir, təhlükəsiz və uğurlu iqtisadiyyatı olan ölkə olsa, etibarı da o qədər yuxarı olacaq.»

Həyat göstərdi ki, əsrlərdən bəri «böyük Ermənistan» xəyalı ilə yaşayan daşnakların «qüdrətli dövlət» istəkləri elə  xəyal olaraq qaldı.  Həsrətində olduqları Xəzərin, Qara dənizin sularında qərq oldu. Ermənilərin  reallaşan yeganə  əməlləri başqalarına qarşı qəddarlığı,   qana hərisliyi,  qatil adlarını vəhşilikləri ilə doğrultmalarıdır. Həmişə başqalarından asılı olan Ermənistan bu gün də köləlik missiyalarını yerinə yetirir.

Qeyd edək ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan, «əlavə  ərazilərin əldə olunması» niyyətlərini gizlətməyən Ermənistanın qərəzli separatçılıq siyasəti də  bu günün məsələsi deyil.

Məşhur ingilis yazıçısı, «Qarabağ- qara bağ»  kitabının müəllifi Tomas-de Vaal Azərbaycan ictimaiyyətinə tanışdır.  Xocalı soyqırımında iştirak edərək, azərbaycanlılara qarşı  törədilən qətliamda iştirakını şəxsən etiraf edən Ermənistanın sabiq prezidenti, uşaq qatili kimi tanınan  Serj Sarkisyanın Tomas de Vaala müsahibəsinin bəzi məqamlarını yada salaq. Həmin müsahibədə  «Kür çayına qədər gedib çıxmaq iştahından» bəhs edən Sarkisyanın « Mən hesab edirəm ki, biz zəruri olanı elədik. Əgər 1994-cü ildə  bizdə vahid mövqe və  bir az da  artıq sursat olsaydı, biz daha böyük vəzifələr həll edə bilərdik. Prinsipcə biz Kür çayına qədər gedib çıxa bilərdik. Bu halda  Azərbaycan, əlbəttə ki, ciddi surətdə zəifləyərdi, qaçqınlar, iki-üç dəfə çox ola, itirilmiş ərazilər də iki-üç dəfə artıq olardı. Hesab edirəm ki,  bu halda indi onlar  daha tez anlaşmaya gedərdilər» sözləri  özlərinə qənim oldu. Bu gün atəşin dayandırılması üçün Azərbaycana yalvaran da, ordumuzun qarşısında tir-tir əsən də,  daha çox itki verən də  Ermənistandır.

Bu sözlər sarkisyanların bəd niyyətlərindən xəbər versə də, zaman öz  hökmünü ədalət qanunlarına uyğun təsdiqlədi.  Hələlik torpaqları işğaldan tam azad olunmasa da,  müstəqil dövlət olan Azərbaycan  iqtisadi inkişafı,  siyasi sabitliyi, müdafiə qüdrəti, diplomatiyası  ilə fərqlənən ölkə kimi dünya birliyində tanınır. Əksinə,  ələbaxan,  miskin, başqaları tərəfindən idarə olunan  Ermənistan isə beynəlxalq aləmdə  hələ də   etimadı doğrultmayan, iqtisadiyyatı daim böhranlı vəziyyətdə olan ölkə hesab edilir.

Sarkisyanın həmin müsahibəsində daha bir məqama diqqət yetirək.  Müəllifin Xocalı  soyqırımı ilə bağlı  sualını « Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki,  bizimlə zarafat etmək olar. Onlar düşünürdülər ki,  ermənilər mülki əhaliyə əl qaldıracaq insanlar deyil. Bütün bu düşüncələri dəyişmək lazım idi. Biz bu anlayışa (stereotipə) son qoyduq» sözləri ilə cavablandıran Sarkisyanın sözlərində türklərə qarşı nifrət aydın hiss olunur. Bu gün Azərbaycan əsgərləri ədalət naminə vuruşaraq torpaqlarımızı azad edir,   Sarkisyanın «zarafatı»na  cəsurluqları, mətanətləri ilə cavab verirlər. Amma bir fərqlə. Ermənilər əvvəllər olduğu  kimi,  yenə də mülki əhalini hədəfə alırlar. Uşaqlara, ahıllara, qadınlara belə mərhəmət göstərmədən  hər kəsi qətlə yetirirlər.  Dövlət siyasətini faşizm  ideologiyası əsasında  formalaşdıran Ermənistan bir məsələdə  «hitlerizmin»  cızığından çıxıb. Babaları Njdenin  nökəri olduğu  II Reyxin  faşistləri beynəlxalq səviyyədə qəbul olunmuş müharibə qaydalarına uyğun olaraq  döyüş bölgəsindən yaralıları daşıyan  təcili yardım maşınlarına atəş açmırdılar. Erməni  cəlladlarının əsas hədəfləri  isə mülki əhali, təcili yardım maşınlarıdır.    

Davam edən döyüşlərdə  Azərbaycan tərəfindən xeyli mülki şəxsin, məktəblilərin qətlə yetirilməsi, yüzlərlə yaşayış evinin dağıdılması, yandırılması erməni vəhşiliyinin  mənzərəsidir. «Hər gün mülki əhali arasında itkilərimiz artır. Dünən səhərə olan məlumata görə bizim 10 mülki vətəndaşımız həlak olmuşdur. Bu gün səhər mənə verilən məlumata görə isə həlak olan mülki vətəndaşların sayı 13-ə çatıb. Bu, nə deməkdir? Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir» söyləyən tolerant ölkəmizin başçısı,  cənab İlham Əliyev  ermənilərdən fərqli olaraq ən çətin məqamlarda belə milliyyətindən asılı olmayaraq, insanlığı bəşəri dəyərlər əsasında qiymətləndirir.

Sarkisyanlara  mesajımızı atalarımızın sözü ilə çatdırırıq: «Nə qədər uzağa getsən də,   keçmişini özünlə aparırsan.» Necə deyərlər, etmə, edərlər. Belə ki, sarkisyanlar, nikollar nə qədər xoş gün arzulasalar da, qan gölündə boğulan özləri olacaqlar.   Torpaqlarımıza göz dikən, milli-mənəvi  sərvətlərimizi oğurlayan ermənilərə ismarıcımız  budur ki,  xeyirxahlıq rəmzi olan Səməndərimizə də sahiblənib, onun  adını  murdarlamasınlar.

Xuraman İsmayılqızı, «İki sahil»