08 avqust 2020 23:39
1176

Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub

Bu gün Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 5 nəfərin həyatı xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən  bildiriblər ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran-1, Bilgəh, Mərdəkan, və Pirşağı sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.