21 sentyabr 2020 22:58
2295

Dilarə Kazımova fərqli bir stil gətirdi - VİDEO

ARB TV-nin "Xəbər Ətər" verilişinin növbəti qonağı yazıçı-kulturoloq Aydınxan Əbilov olub.
 
"İki sahil" Milli.Az-a istinadən xəbər verir ki, kulturoloq dəyişən yeniliklərdən danışıb: "Hər dəfə yeni nəsil gələndə yenilik etməlidirlər ki, seçilsinlər. Məslən, Dilarə Kazımova fərqli bir stil gətirdi. Anama desəm ki, Dilarəni dinlə, məni süpürgə ilə qovar. Amma fakt odur ki, oğlum Dilarə xanımı dinləyir. Azərbaycanda intellektual və əqli mülkiyyətə qiyməti bir az artırmaq lazımdır".

Qeyd edək ki, "Xəbər Ətər" verilişi ARB TV-nin yeni mövsüm layihələrindən biridir. Veriliş həftə içi 5 gün 09:55-də canlı olaraq tamaşaçıların evinə qonaq olacaq və 2 saat boyunca maraqlı müzakirələri, məşhur qonaqları, dadlı təamları ilə izləyiciləri sevindirəcək.