14 may 2020 10:39
1217

Dünyanın bahalı 10 hədiyyəsi

Bəzi insanlar yalnız kompyuterlərini aldıqları zaman siçandan (mışka) “mouse” istifadə edirlər və yalnız üzərinə qəhvə töküldükdə yenisini alırlar. İsveçli iş adamı Pat Says tərəfindən istehsal edilən və lüks aksesuar sayılan kompyuter siçanının isə qiyməti 24180 dollardır. 18 karat qızıl və 59 brilyant ilə bəzədilmiş bu siçan 3 il zəmanətlə satılır. İki fərqli dizaynlı siçan istəyə uyğun olaraq, sarı, qırmızı və ya ağ qızıldan istehsal edilə bilər.

Steiff adlı şirkət 125 illik yubileyini qeyd etmək üçün bu 71500 dollarlıq teddi ayı istehsal etdi. İncə liflər şəklində qızıl hissəciklərdən ibarət olan ayının ağzı bərk qızıldan ibarətdir. Gözləri 20 kiçik almazdan, göz bəbəkləri isə safirdən hazırlanmışdır. Bu qiymətli daşlardan ibarət ayıcıqdan yalnız 125 ədəd istehsal edildi.

Dəyəri 2 milyard dollar Mukeş Ambaninin yeni evi Antiliya (Atlantik okeandakı mifik adanın şərəfinə belə adlanır) Hindistanın Mumbay şəhərinin yoxsul bir qəsəbəsində yerləşir. 171 metr hündürlükdə olan bu evdə 168 avtomobilin park edilə biləcəyi 6 mərtəbəli qaraj var. Ev daxilində Ambani ailəsinin hər bir fərdi üçün fərdi sağlamlıq klinikaları da mövcuddur. Şüşə qüllələr, təhlükəsizlik otağı,fitnes zal, kinoteatr və hər mərtəbədə bağ sahəsi olan evdə 6 nəfərlik Ambani ailəsi yaşamaqla yanaşı 600 nəfərdən ibarət heyət işləyir.

Bir avtomobil həvəskarısınızsa və büdcəniz təklifə uyğun gəlirsə Bugatti Veyronu sınamağın vaxtı gəlib. Veyrona 1.25 milyon dollar verərək dünyanın ən bahalı avtomobilini əldə edə bilərsiniz. 1001 at qüvvəsi, 4 turbo alovlanma və W-16 mühərriki olan bu sürətli maşın 2,5 saniyədə 100 km / saata çata bilər və maksimum sürəti isə 55 saniyədə 400 km / saata çata bilər.

Avstriyalı zərgər Peter Aloisson tərəfindən istehsal edilən və iPhone 3G Kings Button adı verilən telefon 6,6 karatlıq brilyant və telefonun hər küncündə 138 ağ qızıl yerləşdirilmiş ən bahalı telefon sayılır. Qiymətli telefonun yaradılmasından sonra yeganə problem bu telefona 2.4 milyon dollar verə biləcək müştəri tapmaqdır.

Chopard tərəfindən istehsal olunan almaz üzük - oval mavi brilyant daşı olan və 16,26 milyon dollar dəyərində hazırlanmış 18 karatlıq ağ qızıl üzükdür. Dünyanın ən bahalı üzüyü olan bu almaz üzüyün mavi almazı bor mədənlərindən hasil edilmişdir.

Yenə dünyanın ən bahalı hədiyyələri sırasında olan digər bir aksessuar isə Chopardın istehsal etdiyi qol saatıdır və o, tam 25 milyon dollar dəyərindədir. Bu saatda 15 karat çəhrayı brilyant, 12 karat mavi brilyant və 11 karat ağ almaz var. Ayrıca cəmi 163 karatlıq sarı və ağ rəngli kiçik brilyantdan ibarət olan bu saat tarixdəki ən bahalı qol saatı olmağa layiqdir.

Ətirlər doğum günləri və ya xüsusi günlər üçün əvəzolunmaz hədiyyələrdir. İngilis dizayneri Clive Christianın “İmperial Majesty” adlandırdığı parfüm “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən bahalı ətri kimi daxil oldu. Şüşə ətirdə 18 karat qızıl və 5 karatlıq brilyant var. Cəmi 5 ədəd istehsal olunan bu parfüm cazibədar bir qoxuya malikdir.

Victoria’s Secretin “Angels” kolleksiyasından ilhamlanaraq hazırlanmış branı olduqca göz qamaşdıran hədiyyələrə aid etmək olar. 18 karatlıq ağ qızıldan və 2900 ədəd ağ almazdan hazırlanan möhtəşəm görünüşlü bra, cəmi 112 karat daşdan ibarətdir. Armud şəklində olan bu ortasında 70 armud şəkilli almaz var.

Qiyməti 275 min dollar olan dünyanın ən bahalı şərabı “Shipwrecked Heidsieck” 1907 adlı şərabın yetişməsi təxminən 80 il çəkir. Rusiya imperiyasına və ailəsinə hədiyyə olaraq 1916-cı ildə köhnə şərab kimi göndərildi.

Samirə İsmayılova, “İki sahil”