Dünyada qorxulu, eyni zamanda olduqca maraqlı yerlər mövcuddur. Bu məkanlardan bəziləri “Ən qorxulu yerlər” kimi tarixə həkk olunub. Çox insanlar bu yerlərə getməyə çəkinirlər, lakin bəzi macəra sevənlərin sayəsində biz bu yerlər haqqında müəyyən bilgilər toplaya bilmişik.Vahimə saçan bu məkanlar haqqında danışaq.
Praqada yerləşən Köhnə Yəhudi qəbiristanlığı: Bu məzarlıq 4 əsr ərzində salınıb (1439-1738). Köhnə və hər tərəfi qəbirlərlə dolu olan bu qəbiristanlığın vahiməli bir görünüşü var. Torpağın üzərində 12 min sərdabə tikilib və 100 mindən çox insan bir-birinin üstündə basdırılıb.
Tərk edilmiş Gəlinciklər Adası: Bu ada ilk baxışdan qorxu filmlərinin çəkildiyi məkanları xatırladır. Burada çirkli paltar geyindirilmiş dolaşıq saçlı, gözü çıxarılmış,ayaqları və qolları qoparılmış yüzlərcə oyuncaqlar var.Adanın maraqlı bir tarixçəsi var.1950-ci ildə zahid bir insan olan Julian Santana Barrera dənizdən balaca qızın cəsədini tapmışdır və 50 il ərzində bu qızcığazın xatirəsini yad etmək üçün ağaclara gəlinciklər asırdı.
İntihar meşəsi,Yaponiya: Bu meşədə intiharların dalğası 1950-ci ildən başlayıb. Yarım əsr boyunca Aokigahara adlanan bu meşə minlərcə insanın canını və ruhunu alıb. Deyilənlərə görə, intiharlar dalğası Seyko Macumotunun “Ağacların qara dənizi” romanından sonra dəb halı alıb.Bu romanın iki qəhrəmanı əl-ələ verib özlərini asaraq bu meşədə intihar edirlər. Burada nəinki cəsədlərə, hətta intihar üçün hazırlanmış iplərə də rast gəlmək olar.
Asılmış tabutlar, Filippin: Adətən ölüləri torpaq altında basdırırlar, lakin Filippində yerləşən Luzon bölgəsində yaşayan İqorot qəbiləsinin insanları ölüləri tabuta qoyub, hündürlükdən asırdılar. Onlar düşünürdülər ki, bu zaman insan Allaha daha yaxın olar.
Sümüklər kilisəsi, Portuqaliya: Bu kilsə XVI əsrdə bir fransiskan rahibi tərəfindən inşa edilib.Kilsənin bütün divarları insan sümüklərindən düzəlib. Tarixə görə 5 min fərqli insanın sümüyündən düzələn bu kilsə, ölümün qaçılmaz olduğunun sübutudur. Kilsənin damında belə bir sözlər yazılıb “Melior est die mortis die nativitatis”, bu sözlərin mənası odur ki, “İnsanın ölüm günü, doğum günündən daha önəmlidir”.
Məşhur İtaliyada yerləşən Psixiatrik xəstəxana: Görünüşü ilə bu tükürpədən xəstəxana məşhur rəssam və heykəltəraş Gerbert Baqlione tərəfindən restavrasiya olunub. Onun sözlərinə görə, bu xəstəxananın dəhlizlərində minlərcə əzab çəkən xəstənin ruhlarını gördüm və acılarını hiss etdim.
İtaliya və Lido arasında yerləşən Ölüm Adası da çox qorxulu yerlərdən biridir. Bura vəba xəstəliyindən əziyyət çəkən insanları gətirirdilər. Adada 160 minə qədər insan basdırılıb. Qədim inanclara görə, onların ruhları adada dolaşırlar.
Overtoun körpüsü Miltonun yaxınlığında yerləşir. Bu körpü 1859-cu ildə tikilən ən böyük körpüdür. Buranın müəmmalı bir tarixi var,bu körpüdə üstü açılmayan çox hadisələr baş verib. Maraqlı faktlardan biri də odur ki, itlər belə özlərini körpüdən atıb intihar edirdilər.
Litvada yerləşən Xaçlar təpəsi: Bu xaçlar 1985-ci ildə kəndlilərin üsyanı zamanı qoyulub. Xaçlar təpəsində ilk vaxtlar 100-ə yaxın xaç olub. Sonradan bura gələn insanlar yerə bir xaç salıblar. Hal-hazırda burada minlərlə abidələr və xaçlar yerləşir.
İlan adası, Braziliya: Bu adada dünyanın ən vəhşi və zəhərli ilanları toplanıb. “Zəhərli adanın” yanında yaşamaq qadağandır.
Billionnews.ru saytının materialları əsasında hazırladı:
Samirə Tağıyeva, “İki sahil”