04 noyabr 2020 11:18
493

Düşmən yeni hərbi cinayətlər üçün zəmin yaradır

Ermənistan XİN-in son bəyanatında yeni hərbi cinayətlər üçün zəmin hazırlandığı açıq-aşkar görünür

Ermənistan silahlı qüvvələri işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriyadan atəşə tutub.

"İki sahil"-in məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

O vurğulayıb ki, Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatında Azərbaycanın mülki əhalisinə qarşı yeni hərbi cinayətlərin törədilməsui üçün zəmin hazırlandığı açıq-aşkar görünür.