18 may 2020 10:06
1052

Əfqanıstanda terror - ölən və xəsarət alanlar var

Əfqanıstanın Qəzni əyalətində Milli Təhlükəsizlik İdarəsinin yerli bölməsinin binası yaxınlığında minalanmış avtomobilin kamikadze tərəfindən partladılması nəticəsində 7 nəfər həlak olub, 40-dan çox insan xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə səhiyyə sahəsindəki mənbələrə istinadən “Tolo News” telekanalı bildirib.

"Həlak olanların əksəriyyəti Milli Təhlükəsizlik İdarəsinin işçiləridir", - səhiyyə sahəsində adının çəkilməsini istəməyən nümayəndələr deyib.

Təhlükəsizlik xidməti əməkdaşlarının sözlərinə görə, hadisə yerli vaxtla təxminən 4:30-da (Bakı vaxtı ilə saat 7:00-da) olub.

Öz növbəsində ölkənin Daxili İşlər Nazirliyi də partlayış faktını təsdiq edib. Nazirlik bildirib ki, "terrorçular yenidən Qəzninin dini mərkəzinə hücum edib".

Hadisəyə görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib.