15 mart 2019 18:04
19599

Ən dəqiq tərcümə proqramları hansılardır?

Xarici dildə olan yazıları tərcümə etmək  üçün xüsusi proqramlar mövcuddur. İnternet vasitəsilə fəaliyyət göstərən bu proqramlar faydalı olduğu üçün də  çox aktualdır.

Bəzi tərcümə proqramları isə istifadəçiləri məmnun etmir. Bunun səbəbi isə verilən mətnin tam dəqiq  tərcümə olunmamasıdır. Cümlələrin mənasında,  sözlərin ardıcıllığında, qarşılığında müəyyən səhvlər olur. Nəticədə həmin proqramlara müraciət sayı azalır.

Bəs dil öyrənmək, mətn tərcümə etmək üçün hansı proqramlar  əlverişlidir?

Tərcümə proqramlarının sayı çox  olsa da, doğru və dəqiq tərcümə edənləri azdır. Araşdırma nəticəsində ən əlverişli olan proqramları sizə təqdim edirik:

Google tərcümə ( Google translate)

Yandex tərcümə (Yandex translate)

Bing tərcüməçi (Bing translator)

Dilmanc (Dilmanc)

         Poliqlot(Polyglot)

         Linqvo (Lingvo)

         Promt (Promt)

        Sistran (Systran)

        Sokrat( Sokrat)

       Macik Qudi (Magic Gooddy)

Bu proqramlar kompyuter və telefonlarda çox asan fəaliyyət göstərir. İnternetsiz işləmirlər. Həm dünya dillərinə, həm də dünya dillərindən tərcümə edir. Cümlə və ya söz formasında da daxil edə bilərsiniz. Hərf, söz və həcm məhdudiyyəti yoxdur. Lakin daha effektli tərcümə istəyirsinizsə, o zaman mətni  hissə-hissə   yazsanız daha yaxşı olar. Tərcümə proqramları mətni dildən-dilə çevirməklə yanaşı,  müxtəlif dilləri öyrənməkdə də kömək edir. Cümlə qurmaq, söz ehtiyatını artırmaq qabiliyyətinə müsbət təsir olur.

Yaqut Ağaşahqızı,

“İki sahil”