13 oktyabr 2019 19:04
886

Ərdoğan sabah Azərbaycana gələcək

Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, Türkiyə prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının oktyabrın 14-də Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək.

Qeyd edək ki, Ərdoğanın Azərbaycana səfəri oktyabrın 15-də başa çatacaq.