05 avqust 2020 00:28
1159

Ərdoğan və Putindən Livana başsağlığı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın paytaxtı Beyrutda baş vermiş partlayışda ölənlərlə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, türkiyəli lider bu barədə Tvitter səhifəsində yazıb:

“Beyrutda meydana gələn partlayışda həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirəm. Türkiyə olaraq hər zaman Livanın və livanlı qardaşlarımızın yanında olacağıq”.

***

Rusiya Prezidenti Vladimir Putin də Livan Prezidenti Mişel Auna məlum hadisə ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” bildirir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

“Rusiyada Livan xalqının kədərini bölüşürlər. Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm”, - Putin deyib.