28 iyul 2020 18:04
280

Erməni deputat: Ölkə dərin iqtisadi böhran içərisindədir

"Parlaq Ermənistan" partiyasının lideri və eyniadlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan Ermənistanın Statistika Komitəsinin dərc etdiyi göstəricilərin həqiqəti əks etdirmədiyini söyləyib.

Marukyan rəqəmlərin saxtalaşdırıldığını düşünür. “Rəqəmləri saxtalaşdırmaqda davam edirlər. Ermənistan Statistika Komitəsi tərəfindən dərc edilmiş, 2020-ci ilin birinci yarısındakı sosial-iqtisadi vəziyyətin icmal məlumatlarına görə, iqtisadi geriləmə 4.7% təşkil edib. Sənaye istehsalının həcmi 1,5%, ümumi kənd təsərrüfatı istehsalının həcmi 1.7% artıb. Tikintidə eniş 23,4%, ticarət dövriyyəsi 11,1% azalıb, xidmətlərin həcmi (ticarət xaric) 6.4%, ixrac 6.5%, idxal 12.9% azalıb.

Bunlar dərc edilmiş rəsmi məlumatlar və qısası, mən bu rəqəmlərə inanmıram. Çünki ölkə dərin iqtisadi böhran içərisindədir və bunun nəticələri, göründüyü kimi rəqəmlərdə əks olunmur. Buna görə göstəricilər yenidən saxtalaşdırılmağa davam edir”, - Marukyan vurğulayıb. //Azvision.az