24 noyabr 2020 17:05
1328

Erməni ordusunun sonuncu kalonu da Kəlbəcərdən getdi VİDEO

Ermənilərin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan köçü yekunlaşıb.

"İki sahil" azvision-a istinadən xəbər verir ki, bu gün Ermənistan ordusunun sonuncu kalonu da Kəlbəcəri tərk edib.

Xatırladaq ki, sözügedən rayonda məskunlaşdırılmış ermənilərin və Ermənistan ordusunun buranı tərk etməsi ilə bağlı verilən vaxt noyabrın 25-dək uzadılmışdı.