26 iyul 2020 12:37
1186

Ermənistanda daha 321 nəfər koronavirusa yoluxub

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 37 min 317 nəfərə çatıb.

 “Armeniasputnik.am” saytının məlumatına görə, ötən sutka ərzində daha 321 nəfər koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb, bununla da COVİD-19-dan ölənlərin sayı 705 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən ölənlər isə 220 nəfərdir.