06 iyul 2020 11:36
832

Ermənistanda koronavirusdan ölənlərin sayı 491 oldu

Ermənistanda koronavirusa yoluxanların sayı 28 936 nəfərə çatıb.

Erməni KİV-lərinin məlumatına görə, son sutka ərzində 330 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb. Bu günədək Ermənistanda 491 nəfər koronavirusdan ölüb, 12 143 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.