25 noyabr 2020 10:48
2118

Fərqli  ölkələrin ağılasığmayan adətləri

İndoneziya, Roti adası

Indoneziyanın Roti adasında yeni doğulmuş uşağa ad qoymaq önəmli məsələlərdən biri hesab olunur. Bu sayılıb-seçilən  mərasimlərdə qohumlar mütləq iştirak etməlidirlər. Ad qoyan şəxs uşağın başı üstə dayanıb onun əcdadlarını sadalamağa başlayır. Uşağın valideynləri uşağa nəzarət edir, onun hər bir hərəkətini izləməlidirlər. Əgər  uşaq adlar sadalanarkən ağlayırsa, deməli o bu  ada layiqdir. Yenidoğulan körpə bütün sadalanan adlara öz qığıltısı ilə cavab vermirsə, demək heç bir ad onun  xoşuna gəlmir. Onda oğlanı sadəcə olaraq Toy Beun (təzə kişi), qızı isə İna Beun (təzə qadın) adlandırırlar. Roti adasında qadın adlı kişilərə, kişi adlı qadınlara rast gəlmək mümkündür.

Çin

 Çində kiminsə evinə qonaq gedərkən qətiyyən gül aparmaq olmaz,çünki onlar bu halda hesab edecəklər ki  onların evi sizin o dərəcədə xoşunuza gəlməyib ki, siz bu evə “gözəllik” əlavə etmək istəyirsiz. Həmçinin qonaqlıqda özünü səliqəli aparan insanlar  ev sahiblərini tərəfindən heç sevilmirlər. Onların düşüncələrinə görə,yeməkdən sonra süfrədə ləkələr qalsa,  demək xörəklər çox dadlı idi və siz onları iştahla yemisiniz. Çində etiket qaydalarına və adətlərə çox böyük önəm verilir, məhz buna görə ora gedərkən ən vacib qaydaları yadda saxlamaq lazımdır. Məsələn, əl sıxaraq görüşmək bu ölkədə ən çox istifadə olunan görüşmə qaydasıdır. Hədiyyə apararkən iti əşyalardan istifadə etmək olmaz, çünkü bu hərəkət münasibətlərin pozulmasına səbəb ola bilər. Çində  güllər – erkən ölüm simvoludur , bu adət onlarda güllərin  tez solması ilə bağlıdır. Qəribə bir adətlərdən biri də odur ki çinlilər burun dəsmalından çəkinirlər. Onların düşüncələrinə görə burun dəsmalı yalnız  dəfn mərasimlərində istifadə olunmalıdır. Həmçinin onlar  dörd rəqəmini heç sevmirlər. Qəribə adətlərini qeyd edərkən, bunuda unutmamaq lazımdır ki, çinlilərin düşüncəsinə görə ,  hədiyyəni qəbul etməkdən öncə ondan 3 dəfə imtina etmək lazımdır.

Hindistan, Bikaner

 

Hindistanın qərbindəki Bikaner şəhərində böyük bir toy mərasimi keçirilir. Belə mərasimlər adətən dörd ildən bir baş tutur. Bu şənlikdə eyni zamanda 2 min gələcək ər- arvad iştirak edir. Buna səbəb odur ki, qüvvədə olan daimi adətə görə evlənmək istəyən oğlan və qızlar kəbinlərini ancaq dörd ildən bir, özü də müəəyən olunmuş gündə kəsdirə bilərlər.

İrlandiya 

İrlandiyada qeyri-adi bir Yeni il adəti mövcuddur. Burada subay qadınlar Yeni il gecəsi yorğanlarının altına xüsusi ot qoyurlar. Bu otun gələcək ildə xeyirli bir ər tapmalarına kömək olacağına inanırlar. Həmçinin, yeni ilin ilk günü evə gələcək ilk qonaq da gələcək üçün əhəmiyyət kəsb edir. Əgər evə ilk gələn uzun boylu, yaraşıqlı bir kişidirsə, yeni ilin şanslı keçəcəyinə inanırlar. Əgər ilk gələn qonaq qırmızı saçlı bir qadındırsa, uğursuzluqlarla dolu yeni il olacaq.

Yaponiya

Yaponiyanın bəzi yerlərində boşanmaq istəyən ər və arvadı qayalıq bir yerə göndərirlər. Onlar orada müəyyən ərzində qalırlar. Bu halda əlacsız qalmış ər və arvad barışmalı olur və yanlız barışdıqdan sonra onlar öz evlərinə qayıda bilərlər.

 Yaponiyanın bəzi adətlərində insanın ad gününü doğulduğu gündən deyil, təzə ildən qeyd edirlər. Bu əyalətlərdə dekarbr ayının 31-də doğulan uşağı yanvarın 1-dən  1 yaşlı hesab edirlər.

Həmçinin bunu da qeyd etmək lazımdır ki,çinlilərdən fərqli olaraq yaponlar əl sıxaraq görüşməyi sevmirlər və bunun əvəzinə bir-birlərinə baş əyirlər. Yaponlar çox qonaqpərvərdilər, ona görə sizi evə dəvət etsələr, çalışın mümkün qədər etiraz etməyin.Onların  evlərinə girərkən mütləq ayaqqabıları çıxartmaq lazımdır. Qəribə bir adərlərindən biri də odur ki, söhbət zamanı onun  gözlərin içinə baxmaq məsləhət deyil, çünkü onlar bunu  aqressiya kimi qəbul edəcəklər. Yaponların hər zamankı gülərüzlüyü  turistləri çox vaxt çaş-başlığa salır. Maraqlıdır ki, yaponlar avtobus, metro və ya qatarda gedərkən böyüklərə və hətta qocalara yer vermir,onlar üçün bu bir təhkir kimi qəbul edirlər.

İtalya,Tropeya şəhəri

 İtalyanın Tropeya şəhərində qərbə bir adət var. Onlarda qadınlara çimərlikdə çılpaq gəzmək üçün xüsusi məhdudiyyətlər qoyulub. Yalnız bədən quruluşu gözəl olan xanımlar çımərlik paltarı geyinib, çimə bilərlər. Kök bədən quruluşunda problem olan xanımlara isə soyunmağa icazə verilmir.

 İndoneziya

İndoneziyanın Flores, Benqukula, Kruye, Lampunqe adalarında bakirə qızlar satılır və qiyməti baha olduğu üçün gənc oğlanlar evlənə bilmirlər. Buna görədə bu yerlərdə ərə getməmiş qızlar çoxdur. 

 Afrika

Danışanda ən az söz işlədən xalq Mərkəzi afrikada yaşayanlardan biridir. Çünki onların dilində cəmi 26 söz var.

Malakka yarımadası

Adətən dueldə müxtəlif silahlardan istifadə edirlər. Malakka yarımadasındakı Sakaya qəbiləsinin sakinləri isə duelə gələrkən tovuz quşunun lələklərindən istifadə edirlər. Sekundantın işarəsi ilə duelçilər ortaya çıxıb əllərindəki lələklərlə bir -birini qıdıqlayırlar. Ən mahir döyüşçü dörd saat ərzində bütün bu əziyyətlərə dözməlidir.  Kim daha tez gülərsə, onu məğlub hesab edirlər.

Ərəb ölkələri

 Ərəb ölkələrində salamlaşma prossedurunun böyük bir əhəmiyyəti var. Həmçinin ərəblərdən “hə” və ya “yox” qısa kəlmələrini az eşidərsiz, onlar hər şeyi ətraflı sorğu-sual etməyi sevirlər. “İnşaallah” sözündən tez-tez istifadə edən ərəblər, bu klməni başqalarından da eşıdəndə çox sevinirlər. Həmçinin onlarda kənar şəxslərin qadınlara müraciət etməsi və ya görüş üçün əl uzatması ayıb sayılır və bu məsələdə çox  diqqətli olmaq lazımdır.

Samirə Tağıyeva,

“İki sahil”