Fransa xüsusi xidmət orqanları Avropa supermarketlərinin soyuducu qurğularına qarşı son kiberhücumların arxasında İranın dayandığını müəyyən edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Le Figaro" məlumatlı mənbələrə istinadən yazıb.
Fransanın xarici işlər naziri Jan-Noel Barro bazar ertəsi bildirib ki, hücuma görə məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daşıyır.
"Bu hücumun arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun dayandığını təsdiqləyə bilərəm. Bu, misli görünməmiş miqyasda hücumdur", – nazir vurğulayıb.
O, bununla əlaqədar İranın Parisdəki səfirinin Fransa Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib. Səfirə "son dərəcə ciddi bu əmələ" görə qəti etiraz bildirilib.
"Bu hücuma görə məsuliyyət daşıyan şəxslərə qarşı Avropa səviyyəsində sanksiyalar tətbiq edəcəyik", – Barro əlavə edib.
Qeyd edək ki, supermarketlərdəki soyuducu qurğulara qarşı kiberhücumlar ilk olaraq Fransada qeydə alınıb. Oktyabrın 11–12-də hakerlər uzaqdan müdaxilə edərək təxminən 700 supermarketdə soyutma sistemlərinin parametrlərini dəyişdiriblər.
Noyabrın 2-nə keçən gecə Almaniya, İsveç, Belçika və Finlandiyada onlarla supermarket kiberhücuma məruz qalıb. Daha sonra İtaliyada da soyuducu qurğulara qarşı hücumlar barədə məlumat yayılıb.
Aİ Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında rəqəmsal əlaqələri gücləndirəcək