08 noyabr 2019 13:41
780

Gənclər və İdman naziri Göyçayda vətəndaşları qəbul edib

Noyabrın 8-də Gənclər və İdman naziri Azad Rəhimov Göyçay rayonunda Mingəçevir, Ağdaş, Ağsu, Göyçay şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda 15 vətəndaş iştirak edib.

Qəbulda müraciətlər arasında Gənclər evi və müxtəlif idman qurğularının tikintisi və təmiri, qurğuların lazımi avadanlıqla təchiz olunması, yerlərdə təlim-məşq toplanışlarının keçirilməsinə dəstək göstərilməsi, idman klubunun yaradılması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi daxil idi.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Müraciətlərin bir qismi isə baxılması üçün icraya yönəldilib.