10 oktyabr 2019 17:35
1763

Giorgi Qaxariyanın Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir

Baş Nazir Georgi Qaxariyanın hökumət başçısı kimi ilk xarici səfərini Azərbaycana etməsi bir daha göstərir ki, Gürcüstan əsas strateji tərəfdaşla münasibətlərin gücləndirilməsinə necə böyük önəm verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Georgi Qaxariyanın Azərbaycana səfərini şərh edərkən söyləyib.

Nazir deyib ki, Giorgi Qaxarianın ilk səfərini qonşu və strateji tərəfdaş olan Azərbaycana etməsi böyük əhəmiyyət kəsb edir. Bu səfər, həmçinin beynəlxalq əhəmiyyət daşıyır. Səfər çərçivəsində ikitərəfli münasibətlər, eləcə də regiondakı vəziyyət, geosiyasi əhəmiyyət kəsb nəqliyyat və infrastruktur layihələri də nəzərdən keçirilib.