22 fevral 2019 18:39
17685

Göz təzyiqinin səbəbləri və təhlükəsi

Göz təzyiqinin həyatınızı dayandıra biləcəyini bilirdinizmi? Simptomları gec müəyyən olunan bu xəstəlik gec müalicə olunduqda korluqla nəticələnə bilər.

Göz təzyiqi göz daxili təzyiqin yüksəlməsi və görmə sinirini məhv etməsi deməkdir. Normal bir gözdə, gözdaxili maye davamlı əmələ gəlir və sonra balanslaşdırılmış şəkildə boşaldılır. Bu sayədə gözdaxili təzyiq normal səviyyədə qalır. Gözdaxili təzyiq artdıqda, gözün sinir və damarlarına da təzyiq artır. Göz siniri zamanla zəifləyir və korluq yaradır.

Göz təzyiqi hər yaşda görülə bilsə də, adətən 40 yaşdan yuxarı şəxslərdə görülür. Yaş ötdükcə göz təzyiqi riski də artır.

Göz təzyiqinin səbəbi nədir?

Göz təzyiqi adətən irəli yaşlarda görülsə də bəzən erkən yaşlarda da ortaya çıxa bilər.

Göz təzyiqinə səbəb olan amillər:

Genetik amillər

*Diabet

*Yaşlılıq

*Qan azlığı

*Miyopiya və ya hiperopiya

Göz təzyiqinin normal səviyyəsi nə qədərdir?

Normal təzyiq səviyyəsi 10-20 mmHg arasıdır. Göz təzyiqi səviyyəsi 20-dən yuxarı olduqda xəstəliyin simptomları ortaya çıxa bilər. İdeal göz təzyiqi səviyyəsi 17 mHGg olmalıdır.

Göz təzyiqinin bir müalicəsi varmı?

Göz təzyiqinə erkən diaqnoz qoyulduqda dərmanlarla müalicəsi mümkündür. Göz içi sinirləri çox zərər görməmiş vəziyyətlərdə sinirləri qorumaq üçün damlalar tətbiq olunur. Damla həm göz təzyiqini, həm də gözdə əmələ gələn mayenin balansını qoruyur.

Damla yəni dərman müalicəsinin yetərli olmadığı hallarda lazer müalicəsi tətbiq olunur. Lazer müalicəsi ilə göz təzyiqi normallaşdırılır və gözdəki artıq maye qurudulur.

Hər iki müalicənin müsbət nəticəsi olmadıqda cərrahiyyə üsullarından istifadə olunur. Gözdə artıq mayenin boşalması üçün yeni bir kanal açılır. Bu üsul göz sinirləri çox zədələnmiş insanlar üçün tətbiq olunur.

Göz təzyiqi olan şəxslər göz sağlamlıqlarını qorumaq və xəstəliyi müalicə etmək üçün qara çay, lobya, pomidor, yerkökü kimi qida məhsullarından istifadə edə bilərlər.

Röya Rasimqızı