08 iyul 2020 12:12
2053

Hadisənin geyimi yenə gündəm oldu - FOTO

"Altın Kelebek" mükafatı alarkən və sosial mediadan paylaşdığı Hadisənin geyindiyi paltar yenidən sosial medianı silkələdi. 

"İki sahil" xəbər verir ki, Hadisənin stilist məsləsində tək olması bəzilərini narahat edir. Bacısı Derya Açıkgözlə yollarının ayrılmasından sonra, istər "Altın Kelebek"də, istər "O  Səs Türkiyə"də  istərsə də sosial mediada yayımladığı xüsusi geyimləri ilə paylaşdığı fotoşəkillər həmişə geyimlərinə görə müzakirə mövzusu olub. Nə geyindisə də, bir qrup tərəfindən yaraşdırılmadı. 

Qazan yenidən qaynadı. Bu dəfə Hadisə "Altın Kelebek" mükafatı alarkən geyindiyi və mükafatı ilə poz verərkən geyindiyi paltar müzakirə mövzusu idi. Məşhur bir markanın geyimi olan bu paltarın qiyməti 30 min TL-dir. Qiyməti biləndə və paltarlara baxanda bəziləri yenidən "bizim bazar" söhbətləri ediblər. Sosial mediada ən çox şərh olunanlardan biri "Bizim bazarda 40 TL-yə alırıq, bu nədir?" olub.

Qeyd edək ki, artıq təəccüblü deyil ki, Hadisənin hər yeni paylaşımına belə bir şərh gəlir, amma səhv olduğu görünür.