Gözün aydın, Qarabağım- Qan bağrım
O paslanmış zəncirlərin qırılıb
Cəbrayıl, Füzuli, Suqovuşandan
Ön cəbhələr şücaətlə yarılıb.
***
Beşikdə gələnlər əsgərin olub
Əsgəranın harayına çatıblar
Xankəndində düşmən alıb cavabın
Ta İrəvana qədər yasa batıblar
***
Xudafərin həsrətinə son qoyub
Ay-ulduzlu bayrağını ucaldıb
İkiyə bölünən Azərbaycanım
Bu körpüylə neçə nəsil qocaldıb
***
Ağdərəm, Daşaltım qisas istəyir
Neçə-neçə nakam şəhidi üçün
Laçın əzab çəkir bu neçə ildə
Mənfur dəhlizinə şahidlik üçün
***
Kəlbəcərin “İsti su”yu hay salıb
Qaval çalır hər qayası, hər daşı
Küləyi, yağışı səs-səsə verib
Artıq oxuyurlar qələbə marşı
***
Sərhəd boyu gah erməni, gah da fars
Təngə gəlib yad tapdaqdan bezardı
Zəngilan, Qubadlı Naxçıvan üçün
Daşlarını yol etməyə hazırdı
***
Agdamımın gözü yoldadır hələ
Yaraların özü sarıb, döz deyir
Daşın çiçək, suyun məlhəm eyləyib
Zəfər ordusunun yolun gözləyir
***
Xocalının qalxmaz əyilən başı
Bayraq sancılacaq o günə qədər
Hər damla qanına əvəz istəyir
Dağına daşına hopubdu kədər
***
Danışıqlar yolu çarə olmadı
Sənə hərb meydanı gətirir bizi
Bu şərəfli yolda qəhrəmanların
Qanıyla suvarır cığırı izi.
***
Şuşaya sancılan üç rəngli bayraq
Düşmən nəfəsinin sonu olacaq
Leşi leşə qoşan qəhrəmanlarım
Tuşsu meşəsində dincin alacaq
***
Ali Baş Komandan son sözün deyib
Elə bu son sözlə gəlib sonları
Əmrə müntəzirdir müzəffər ordum
İti qovan kimi qovur onları
______________________________________________________________________________________
Ön cəbhədə aldığı zədədən nitq və eşitmə qabliyyətini itirmiş Qazimizə
QƏHRƏMAN QAZİM ŞƏMİSTANA
Ruhdan düşmə, Şəmistanım, el oğlum
Zəfər ordum düşmən gözün oyacaq
Dilin zəfər mahnıları oxuyub
Qulağın qələbə marşı duyacaq.
***
Zəngilana ayaq izin dəyəndə
Unudarsan bütün ağrı, acını
Anan çox ağlayıb bu illər boyu
Qucaqlayıb oxşayarsan saçını
***
Şərəf dolu savaşını anladıb
Qızlarına yeni tarix keçərsən.
Zəngilanın dağlarında yarınla
Ciçəklərin ən gözəlin seçərsən
Nərgiz Bulud,
SOCAR-ın Təhlükəsislik İdarəsinin İcraya nəzarət və
kargüzarlıq şöbəsinin rəis müavini