16 aprel 2019 19:30
2010

Heydər Əliyevin hüquqi islahatlar strategiyası iqtisadi inkişafın mühüm şərtidir

Heydər Əliyev: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”

Azərbaycan xalqı dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zərururəti meydana cıxmışdı. Lakin 90-cı illərin əvvəllərində ölkədəki mövcud vəziyyət və liderin olmaması qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi.

Belə bir çətin vəziyyətdə xalqın tələb və təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bu missiyanı layiqincə yerinə yetirdi. Qeyd edək ki, Ümummilli Liderimiz tərəfindən  müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində  həyata keçirdiyi tədbirlər hüquqi islahatların ən mühümü olmuşdur. 1993-cü ildə Аzərbаycаndа ölüm cəzasının icrasına moratorium qoyulması, 1998-ci il fevralın 10-da  ölüm cəzası ləğv edilməsi, humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ümummilli  Liderimizin gələcək nəsillərə misilsiz töhəsi oldu. Qeyd edək ki,insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında konvensiyaya dair 3 may 2002-ci ildə Vilnüs şəhərində qəbul edilmiş 13 saylı protokolun 1-ci maddəsində göstərilir ki, ölüm cəzası ləğv olunur, heç kəs belə cəzaya məhkum edilə və ya edam oluna bilməz. Lakin hələ bundan 4 il əvvəl Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilib. Bu, onun humanist ideyalara sadiqliyini bir daha təsdiq edir. Ulu Öndər qeyd edirdi: "Mən, cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm".

1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanla bu  istiqаmətində həyаtа keçirilən tədbirlərin mаhiyyəti və kоnsepsiyаsını dəqiq müəyyən edərək, insаn hüquqlаrı məsələsi ümumdövlət səviyyəsinə qаldırmışdır. İnsаn hüquqlаrının müdаfiəsi sаhəsində həyаtа keçirilən tədbirlərin səmərəliliyini аrtırmаq məqsədilə  1998-ci il iyun аyının 18-də imzaladığı xüsusi Sərəncamla “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” hazırlanmışdır. Dövlət proqramında insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual məcəllələrinin təkmilləşdirilməsi məqsədilə qanun layihələrinin hazır­lanması, “Prokurorluq haqqında”, “Vəkillik haqqında”, “Notariat haqqında” qanun layihələri üzrə işlərin tamamlanması, “Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanları haqqında” qanun layihəsinin hazırlanması və bu kimi digər məsələlərə xüsusi önəm verilmişdir.    

Ulu Öndərin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə yaradılmış Hüquq-İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmış,insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə məhkəmə hakimiyyətinin müstəqil fəaliyyətinə təminat vermişdir.Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədilə 1998-ci ilin iyul ayında Konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi yaradılmış, 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi fəaliyyətə başlamış, 2004-cü ildə məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası təsis edilmişdir.

Ümummilli Liderin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu yоlundа аtılаn аddımlır, bеynəlхаlq stаndаrtlаrа əsаslаnаn köklü hüquqi islаhаtlаra zəmin yaratmışdır.

Sovet şinelindən yeni çıxmış Azərbaycanda azad mətbuatın formalaşması, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə edə bilmək imkanı da  ümummilli liderin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə bu azadlıqları məhdudlaşdıran maneələr aradan qaldırıldı,senzura ləğv edildi. 1998-ci il avqustun 6-da Heydər Əliyev "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzaladı. Bu fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu.

Bütün bu görülən işlər bugünkü müasir Azərbaycanın təməl daşları olub desək səhv etmərik.

Müasir dünyada demokratiyanın mahiyyəti hər bir sahədə, o cümlədən iqtisadiyyatda, mədəniyyətdə, sosial və siyasi sahədə sərbəst rəqabət deməkdir. Zəif güclünün təsir dairəsinə düşür. Heydər Əliyevin gördüyü işlər və bütün sahələrdə apardığı islahatlar, bu gün qüdrətli olmağımızın,güclülər cərgəsində dayanmağımızın əsas amilidir.

Heydər Əliyev  modernləşdirmək yolu tutdu. Azərbaycanda modernləşmənin özünəməxsus cəhəti Qərb modernləşməsindən fərqli səviyyədədir. Qərbdə-Qərbi Avropada və Şimali Amerikada meydana gələn modernləşməyə görə cəmiyyətlər müasir və ənənəvi cəmiyyətlərə bölünür. Qərbin təsəvvüründə siyasi və iqtisadi modernləşmə dedikdə ilk növbədə:

Vətəndaş cəmiyyətinin dövlət üzərində aliliyi, bütün təsisatların sərbəst formalaşması, rəqabət;

İnsanın vətəndaş hüquqlarının və siyasi hüquqlarını onun əlindən alına bilməməsi;

Nümayəndəli idarəetmə, hakimiyyət bölgüsü, hüquqi dövlət nəzərdə tutulur.

(M.Məmmədov. III Respublika:Milli inkişaf modeli və strategiyası. Bakı Elm, 2003, səh 29.)

Heydər Əliyev siyasətinin sosial-iqtisadi əsasını təşkil edən modernləşmə Azərbaycanın tarixi inkişafına yeni keyfiyyətlər, yeni sosial-iqtisadi münasibətlər, iqtisadi dəyərlər və imkanlar, həmçinin cəmiyyətin mənəvi-siyasi simasını dəyişdirən yeni siyasi-mədəni norma və təsisatlar daxil etdi.  

Modernləşmə və siyasətin vəhdəti iqtisadiyyatın keyfiyyətcə təkmilləşdirilməsini nəzərdə tutur. Modernləşdirmə ilk növbədə iqtisadiyyatın bürokratik nəzarətdən azad olmasını, bazar iqtisadiyyatına keçidi, investisiya mühitinin yaradılmasını və yaxşılaşdırılmasını, büdcə siyasətinin sağlamlaşdırılmasını, orta sinfin yaradılmasını, dövlət, cəmiyyət və şəxsiyyətin qarşılıqlı münasibətlərində keyfiyyətcə yeni səviyyənin olmasını, demokratik siyasi təsisatların yaradılmasını və möhkəmləndirilməsini, siyasət və dövlət idarəçiliyinin cəmiyyətin siyasi və mədəni müxtəlifliyini, insan haqları və şəxsiyyətin siyasətdə rolunu, üfüqi özünüidarə şəbəkələrdə demokratik strukturların inkişafını nəzərə almqla yenidən qurulmasını nəzərdə tutur. (Р.Мехтиев  Азербайджан вызовы глобализации, стр.79.)

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Azərbaycan öz iqtisadi inkişafında dünya standartları səviyyəsinə qalxa bilmişdir. Mövcud olan sənaye obyektlərini, neft emalı və neft-maşınqayırma, əlvan və qara metallurgiya, elektrotexnika, maşınqayırma, kimya, energetika, yüngül və yeyinti sənaye sahələrində və digər sahələrdə yüksək texnologiyaya əsaslanan kompleks sənaye sahələri əvəz etdi. Aqrar kompleks ən geridə qalmış sahədən SSRİ-də hamının heyrətinə səbəb olan, sürətlə inkişaf edən sahəyə çevrildi.

Azərbaycan çox sahədə qabaqcıl təcrübə məktəbinə çevrilmişdir. Bütün bunlar Heydər Əliyev dühasının unudulmaz xidmətlərinin bəhrələri idi. Bu müdrik şəxsiyyətin həyatının hər bir inkişaf mərhələsi Azərbaycanın yüksəlişi, onun beynəlxalq aləmdə tanınması mərhələsi kimi nəzərə çarpmaqdadır.

1993-cü ilin ortalarında ölkədə sosial-iqtisadi və hərbi-siyasi gərginliyin xüsusilə gücləndiyi bir şəraitdə Heydər Əliyevin dövlət rəhbərliyinə gəlməsilə bütövlükdə Azərbaycan dövlətçiliyinin formalaşmasında və o cümlədən iqtisadi islahatlarda yeni keyfiyyət mərhələsinin başlanmasına səbəb oldu. Akademik Ramiz Mehdiyev bu dövrü “milli transformasiyanın dördüncü mərhələsinin başlanması-modernləşmə mərhələsinin başlanması üçün əsasların yarandığı dövr” kimi səciyyələndirir. Bu dövrün mahiyyəti ondan ibarət oldu ki, Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına demokratik islahatlara keçid başlandı, Azərbaycan dünya ölkələri tərəfindən siyasətin subyekti kimi qəbul edildi.

Heydər Əliyev ikinci hakimiyyəti dövründə yeni cəmiyyət quruculuğunda bir-birilə əlaqədə və vəhdətdə olan siyasi və iqtisadi sahələrin demokratik idarə olunmasına üstünlük verdiyini bəyan etdi: “Biz Respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculugunda siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə olunmasıdır, yəni iqtisadiyyatda demokratik islahatlar aparması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə Respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir”.

Bu dövrdə Heydər Əliyevin gərgin siyasi, sosial-iqtisadi yönümlü fəaliyyətilə iqtisadi transformasiyanın dinamik inkişafı üç istiqamətdə cəmləndi:

1. Ölkənin əsas təbii-iqtisadi ehtiyatlarının aktiv təsərrüfat fəaliyyətinə cəlb olunması: belə ehtiyatlara Xəzərin karbohidrogen yataqları; geosiyasi mövqeyin yaratdığı tranzit potensialı və şəxsi mülkiyyətə verilmiş torpaq potensialı aid olunur.

2. Liberal-demokratik yönlü bazar prinsiplərinə əsaslanaraq təsərrüfat mexanizminin yaradılması. Bu istiqamətdə ən vacib vəzifələrdə xüsusi mülkiyyətə əsaslanan sahibklarlıq mühitinin yaradılması; ölkənin maliyyə-bank və maliyyə-kredit sisteminin liberallaşdırma yönündə islahatı; dövlət iqtisadi idarəetmə sisteminin tədricən istehsalın idarəedicisindən əsas ictimai xidmətlərin təminatçısına çevrilməsi, iqtisadiyyatın dövlətsizləşdirilməsi, o cümlədən torpaq islahatı və özəlləşdirmənin həyata keçirilməsi aiddir.

3. Ölkə iqtisadiyyatının ardıcıl tədbirlər vasitəsilə açılması, onun dünya təsərrüfat sisteminə rasional inteqrasiyasının təmin olunması. Bu istiqamətdə fəaliyyət qlobal və regional, funksional və sahə iqtisadi birliklərin də fəal siyasətinin təmin olunmasını nəzərdə tutur.

Heydər Əliyevin sosial iqtisadi inkişafa təsir edən mühüm amillərdən biri kimi milli valyutanın Azərbaycan manatının yeganə ödəniş vasitəsi elan edilməsi haqqında fərmanı oldu.

Heydər Əliyevin 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə bağladığı “Əsrin müqaviləsi” Azərbaycanda modernləşmənin müasir mərhələsinin başlanğıcı oldu.Belə ki, bununla  Azərbaycan bir çox  problemləri həll etmək üçün şans əldə etdi:

Azərbaycanda bazar iqtisadiyyatının həyata keçirilməsi üçün ilk addım atdı;

Xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün yol açdı, digər sahələrdə çalışan şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaratdı;

Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya nümayiş etdirdi;

Müqavilədə iştirak edən şirkətlərin mənsub olduqları böyük ölkələrlə-ABŞ, Rusiya, İngiltərə,Türkiyə,Norveç kimi dövlətlərlə doqtluq əlaqələri, əməkdaşlığın və ümumiyyətlə, bütün sahələrdə əlaqələrin möhkəmlənməsi üçün imkan əldə etdi;

Azərbaycan Respublikasının həyatında, iqtisadiyyatıında və xüsusən neft sənayesində yeni mərhələ açdı.

2000-ci ildə respublikada yoxsulluğun azaldılması üçün xüsusi plan hazırlandı. Azərbaycan xalqının uzunmüddətli sosial inkişafı üçün zəmin yaradıldı. Bu işlərin həyata keçirilməsi üç istiqamətdə reallaşır:

İqtisadi-sosial ətraf mühit, neft və qaz kəmələri;

Məşğulluq və iqtisadiyyatın qeyri-neft sektoru-sosial sərmayə qoyuluşu, yerli enerji təminatı;

İnsan hüquqları-münaqişələr, biomüxtəliflik və s.

(Eldar Şahbazov.  Heydər Əliyevin şah əsəri.Əsrin neft müqaviləsi.//Dirçəliş-XXəsr, 2004, aprel-may, №7475, səh 103-104.)

Müqavilə milli iqtisadiyyatın inkişafına güclü təkan verməklə yanaşı onun keyfiyyətcə yeni vəziyyətini də müəyyənləşdirdi.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi Azərbaycanı Cənubi Qafqaz və Asiya respublikaları arasında iqtisadi cəhətədn inkişaf etməkdə olan regiona çevirmişdir. Heydər Əliyev Azərbaycanın yeni neft strategiyasının xalqın rifahının yüksəlməsinə xidmət etdiyini göstərirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin, təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.

1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və qəbul edilən Azərbaycanın sosial-iqtisadi inkişafında yeni eranın başlanğıcını qoyan Müstəqil Azərbaycanın ilk Konstitusiyası ilk dəfə demokratik dəyərlərə əsaslanan liberal bazar iqtisadiyyatının legitimliyini təsdiq etdi.

Azərbaycanda xüsusi mülkiyyətin, azad sahibkarlığın yeni torpaq münasibətlərinin, dünya iqtisadiyyatına inteqrasiyanın hüquqi əsasları tətbiq edildi və dövlətin idarə olunmasında müstəsna əhəmiyyəti olan hakimiyyət bölgüsü baş verdi.

Tədqiqatçılar Heydər Əliyevin apardığı məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadi həyatında yüksək keyfiyyət dəyişiklikləri baş verdiyini göstərirlər: 1996-cı ilin ikinci yarısında əldə olunmuş iqtisadi artım 1997-2003-cü illərdə daha da möhkəmlənmiş və sürətlənmişdir.

Heydər Əliyev sosial-iqtisadi siyasətin istiqamətləri barədə deyirdi: “Azərbaycan Respublikasının iqtisadi siyasəti bazar islahatlarının ardıcıl və sahmanlı aparılmasına əsaslanır. Bu islahatların başlıca istiqamətini dövlət mülkiyyətinin özəlləşdirilməsi, şəxsi və kollektiv sahibkarlıq təşəbbüsünün inkişaf etdirilməsi, istehsalın səmərəliliyinin yüksəldilməsi və iqtisadi dirçəlişin sürətləndirilməsitəşkil edir”.(Heydər  Əliyev. Müstəqilliyimz əbədidir. II kitab 1997, səh 242.)

Heydər Əliyev sosial-iqtisadi inkişafı sürətləndirmək üçün 1995-2003-cü illər ərzində çox sayda fərman və sərəncamlar imzaladı. Bu fərman və sərəncamlarda:

dövlət əmlakının özəlləşdirilməsinin kompleks və hərtərəfli proqramının həyata keçirilməsi;

bu məqsədlə Dövlət Komissiyasının yaradılması;

özəlləşdirmə prosesində əhalinin bütün təbəqələrinin sosial müdafiəsinin təmin edilməsi;

bazar iqtisadiyyatına keçid, sosial-iqtisadi islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatının məna və məzmunun elmi cəhətdən əsaslandırılması;

iqtisadiyyatın idarə edilməsinin təkmilləşdirilməsi;

dövlət əmlakının özəlləşdirilməsi zamanı ədalət prinsipinin və dövlət mənafeyinin qorunması;

iqtisadiyyatda liberallaşma prosesinin aparılması və gücləndirilməsi ixrac və idxalın liberallaşması;

iqtisadiyyatda özəl sektorun inkişafı;

iqtisadiyyatda struktur dəyişikliklərin aparılması;

zəngin təbii ehtiyatlardan, potensialdan səmərəli istifadə edilməsini qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişaf etdirilməsi;

xarici sərmayənin Azərbaycana gəlməsinə şərait yaradılması;

istehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan olunması;

xarici ticarətin tənzimlənməsi;

torpaq islahatları;

kənd təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulmuşdu.

Heydər Əliyev çıxışlarının birində “Respublikamızda iqtisadi islahatların həyata keçirildiyini və insanların təşəbbüskarlıq və sahibkarlıq addımlarının dövlət və hökumət tərəfindən bəyənildiyini, onların həyata keçirilməsi üçün lazımi imkanlar yaradıldığını” bəyan edirdi.

Heydər Əliyevin iqtisadi siyasətinin tərkib hissələrindən biri də sosial siyasətdir. Heydər Əliyev sosial və iqtisadi siyasəti vəhdətdə yeridirdi. Heydər Əliyevin yeritdiyi sosial siyasət sosial sahədəki mövcud sosial münasibətləri tənzimləməklə xalqımızın sosial şəraitinin yaxşılaşdırılması, bu sahədəki əlaqələrin təkmilləşdirilməsi istiqamətində fəaliyyəti əhatə edirdi. Bu siyasətin başlıca məqsədi adamların sosial tələblərinin və maraqlarının özənilməsi üçün şərait yaratmaq, ayrı-ayrı vətəndaşlara, qruplara, sosial yardım göstərmək, onların sosial müdafiəsini və reabilitasiyasını təşkil etmək idi.

Heydər Əliyevin sosial siyasətinin əsas vəzifəsi daha geniş məsələləri əhatə edirdi. Buraya:

adamların həyat səviyyəsini və əmək şəraitini yaxşılaşdırmaq;

bazar iqtisadiyyatı münasibətlərinə uygun gələn yeni sosial-siyasi quruluşu formalaşdırmaq;

sosial ədalət və müdafiəni həyata keçirmək;

millətlərarası və etnoslararası münasibətləri tənzimləmək;

ölkədə demoqrafik və ekoloji şəraiti normalaşdırmaq;

cəmiyyətdə meydana çıxan və çıxa biləcək sosial tələblərin öyrənilməsi, təhlili və nəzərə alınması;

səmərəli normativ dəyər sisteminin yaradılması, sosial normaların vətəndaşlara real təsiri yaranmış sosial tələb və maraqlarla onların ödənilməsinin uyğunlaşdırılması, sosial normativlərin dəqiqliyini və obyektivliyini təminetmə;

xalqın bütün təbəqəsinin maraqlarını nəzərə alan ümumdövlət regional, yerli və lokal sosial-siyasət daxildir.

Sosial siyasət siyasi, iqtisadi siyasətlə uzlaşdıqda daha kəsərli, daha dərin və daha təsirli olur. Heydər Əliyev siyasəti kompleks xarakter daşıdığı üçün onun təsiri güclü, əhatəli və qüdrətli idi.

Ulu Öndər sosial-iqtisadi siyasətin hüquqi bazasını yaratdı, bu sahəni tənzimləyən hüquqi qanunvericilik aktları qəbul edən ictimai, maddi və mənəvi şəraiti, həmçinin bu şəraitin mövcudluluğunu və fəaliyyətini özündə birləşdirən sosial mühiti sağlamlaşdırmaq, bərabərlik və sosial ədalət prinsipləri üzərində qurulmuş yeni qaydalar işləyib hazırladı. Bunun üçün müvafiq qurum, orqan və təşkilarlar yaratdı. Heydər Əliyev ardıcıl elmi-nəzəri biliklərə, qabaqcıl inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan davamlı sosial siyasəti həyata keçirdi, sosial sahə ilə bağlı-məcburi köçkünlərin, əlillərin, veteranların sosial müdafiəsi, sağlamlığının qorunması, tibbi sığorta, özəl tibbi fəaliyyət və s. haqqında 50-yə yaxın qanun qəbul edilməsini təmin etdi, bununla sosial siyasətin əsası olan sosial qarantiyaların təsbit olunması üçün möhkəm qanunvericilik bazasını formalaşdırdı.

Dövlət başçısı sosial siyasəti formalaşdırarkən, sosial siyasətin hüquqi bazasının yaradılmasında beynəlxalq təşkilatlarla əlaqələrə müstəsna əhəməyyət verirdi. O, sosial siyasət sahəsində BMT və onun orqanları və qurumları, regional dövlətlərarası təşkilatlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa üstünlük verirdi.

Heydər Əliyevin apardığı xarici və daxili siyasət sosial-iqtisadi siyasətlə vəhdət təşkil edirdi. Onun yürütdüyü sosial siyasətdə iqtisadi, sosial-siyasi, sosial-mədəni,  sosial-məişət və s. aspektləri əhatə edirdi.

Ölkənin bütün sahələrinin qismən sabitləşmə və inkişafı dövrü Heydər Əliyevin sabitləşmə və inkişaf dövrünün yaradıcısı olduğunu xüsusi qeyd etmək lazımdır.

Heydər Əliyev Azərbaycan iqtisadiyyatının bazar iqtisadiyyatı yolu ilə inkişaf etməsinə böyük diqqət yetirirdi.

Azərbaycan Respublikasının Prezidenti respublikamızda bazar iqtisadiyyatının inkişaf etdirilməsində iqtisadi-maliyyə islahatlarının həyata keçirilməsinə böyük əhəmiyyət verirdi. Heydər Əliyev müstəqilliyin ilk günlərindən belə hesab edirdi ki, sərbəst iqtisadiyyat yolu ilə, dünya iqtisadiyyatı ilə sıx inteqrasiya yaradılması yolu, bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət müasir tələblərə uyğun, dünya standartlarına uiyğun maliyyə-kredit, maliyyə-bank sistemi təsis etməlidir. Dahi prezident öz cəsarətli tədbirləri, siyasi-iqtisadi fəaliyyəti ilə qarşıya qoyulan problemləri həll etdi.

Azərbaycan iqtisadiyyatının neft və qeyri-neft sektoruna xarici investisiyaların həcmi artdı;

İqtisadiyyatın bütün sahələrində dirçəliş və inkişaf baş verdi;

İnflyasiyanın qarşısı alındı;

Maliyyə böhranı və nöqsanları aradan qaldırıldı;

Qiymətqoymada müsbət irəliləyişlər əldə edildi;

Idxalın ixraca nisbətən çox olması faktı azaldı, idxalla ixrac arasında nisbət tənzimləndi;

Dövlət büdcəsi yerinə yetirildi;

Gömrük xidmətinin strukturu yaxşılaşdırıldı, möhkəmləndirildi və inkişaf etdirildi;

Qiymətlərin liberallaşdırılması həyata keçirildi;

Xarici ticarət liberallaşdırıldı;

Sərt maliyyə-kredit və büdcə siyasəti aparıldı;

Səmərəli bank sistemi formalaşdırıldı;

Milli pul vahid dövriyyəyə buraxıldı və möhkəmləndirildi;

Institusional islahatlar həyata keçirildi;

Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq gücləndirildi.

1995-ci ilin ortalarından hərtərəfli dövlət quruculuğu, qanunçuluq və sabitliyin möhkəmlənməsi ilə yanaşı Azərbaycan Respublikasının intensiv inkişaf mərhələsi kimi də tarixə düşdü.

Bu dövrün xarakterik xüsusiyyətləri belə idi:

Ümumi daxili məhsulda özəl sektorun payı nəzərə çatacaq dərəcədə artdı;

Inflyasiya yox dərəcəsinə endirildi;

Ölkənin valyuta fondu artdı (1 milyard 300 milyon dollar);

Neft fondunun vəsaiti 690 milıyon dollara çatdı;

Ümumi sənaye istehsalı artdı (2001-ci ildə 5,1%);

Xam neftin hasilatı 2001-ci ildə 14,9 .milyon tona çatdı;

Dənizdə neft hasilatı artdı;

Elektrik enerjisi, avtomobil benzininin, azotun, spirtin, çuqunun, poladın, sementin, neft-mədən avadanlıqlarının istehsalı artdı;

Kənd təsərrüfatı məhsullarının istehsalı 2001-ci ildə 11 faiz artdı;

Taxil, ət, süd və s. məhsulların istehsalı yüksəldi.

Aqrar islahatı sahəsində nöqsanları aradan qaldırmaq və onu daha da inkişaf etdirmək üçün Heydər Əliyev Dövlət Proqramı hazırladı, müvafiq sərəncam və fərmanlar verdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sosial-iqtisadi siyasətin uğurlu gələcəyin rəhni olduğunu uzaqgörənliklə göstərirdi: “Respublikamızın həm iqtisadiyyatını, həm də xalqın rifah halını çox yaxşı gələcək gözləyir. Biz bunu indiyə qədər gördüyümüz işlərin əsasında təmin etmişik və gələcəkdə görəcəyimiz işlər bunların hamısını tamamlayacaqdır”.

Heydər Əliyevin sosial-iqtisadi siyasətində “Əsrin müqaviləsi” ilə yanaşı Böyük İpək Yolunun bərpası kimi qlobal prosesdə Azərbaycanın mühüm yerini müəyyənləşdirmək və öz layiqli töhfəsini vermək əsas yer tuturdu. Heydər Əliyev deyirdi: “Azərbaycan “İpək Yolu”nun mərkəzində yerləşir. “İpək Yolu” Yaponiya, Çin və Mərkəzi Asiyadan keçib Xəzərə çıxacaqdır. Xəzərdə Şərq və Qərb sahilləri arasında keçid bərəsi var və bu bərə Azərbaycana məxsusdur. Bakı “İpək Yolu”nun üstündə yeganə iri dəniz limanıdır. Ona görə  də Azərbaycan burada çox mühüm strateji mövqe tutur”.

Tarixi “İpək Yolu”na qayıdışı III minilliyin başlanğıcında gedən ictimai-siyasi proseslər kontekstində ən çox nəzərə çarpan hadisə kimi dəyərləndirən Heydər Əliyev uzaqgörən siyasəti sayəsində qloballaşmanın yaratdığı iqtisadi inteqrasiya imkanlarından uğurla istifadə edərək “Əsrin müqaviləsi” ilə yanaşı “Böyük İpək Yolunun” bərpası kimi planetar miqyaslı iqtisadi hadisələrin mərkəzində durmağa nail oldu: “Tarixi İpək Yolinun bərpası, yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi, xalqlarımızın yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi, dövlətlərdə demokratik islahatların, bazar islahatlarının uğurla aparılmasına düzgün təkan verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcəkdir”.(Dirçəliş-XXI əsr, 2005 dekabr, 2006 yanvar, №94-95, səh 60.)

Heydər Əliyevin siyasəti nəticəsində beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən ən uğurlu iqtisadi layihələrədən biri də Avropa İttifaqının həyata keçirdiyi TRASEKA proqramıdır. Azərbaycan 1993-cü ildə Brüssel Konfransında Qafqazın və Mərkəzi Asiyanın digər yeni müstəqil dövlətlərilə birlikdə Avropa Bikrliyinin Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına yardım üzrə TRASEKA proqramının işgüzar iştirakçısına çevrildi.

TRASEKA proqramının əsas məqsədləri aşağıdakıəlardan ibarət idi.

Alternativ nəqliyyat dəhlizləri vasitəsilə yeni yaranmış müstəqil dövlətlərin Avropa bazarına çıxışına şərait yaratmaq və bu yolla onlara siyasi-iqtisadi dəstək vermək;

Müstəqil respublikalar arasında regional (məhəlli) əməkdaşlığa təkan vermək;

TASİS-TRASEKA proqramının köməyi ilə Beynəlxalq maliyyə təşkilatlarının və özəl investorların cəlb edilməsini gücləndimək;

TRASEKA marşrutunu Trans Avropa Şəbəkəsi ilə əlaqələndirmək. (S.Xəlilov, Lider, Cəmiyyət, Dövlət. Səh 301-302)

1998-ci il sentyabrın 7-8-də Heydər Əliyevin humanist səyi nəticəsində Böyük İpək Yolunun bərpasına və dirçəldilməsinə həsr olunmuş konfrans keçirilmişdir.

Azərbaycan Qərblə Şərq arasında birləşdirici məntəqə, Avropa, Asiya, Çin, Rusiya, Aralıq dənizi arasında, Mərkəzi və Şərqi Avropa arasında iqtisadi və mədəni əlaqələrin yaradılmasında mühüm rol oynamalıdır.

“Böyük İpək Yolu bölgəsinin diplomatiyası” adlandırılan siyasətin yaranmasında və həyata keçirilməsində Heydər Əliyevin rolu əvəzsizdir.      

Heydər Əliyevin iqtisadi siyasəti nəticəsində Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir, texnopratik və informasiya cəmiyyətinə və D.Bellin qeyd etdiyi kimi xidmət iqtisadiyyatını üstünlük təşkil etdiyi, “mütəxəssislər və texniklər sinfinin rolunda artdığı, texnikanın yenidən qurulması və siyasətin formalaşmasında nəzəri biliyin həlledici rol oynadığı, texnologiyada nəzarət edilən, qərarların yeni intellekltual texnologiya bazasında qəbul edildiyi “sənayedən sonrakı” cəmiyyətə keçidin əlamətlərini özündə daşımağa başlamışdır.

Heydər Əliyev siyasətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsində inqilab yaradan dahi siyasətçi idi. Məlumdur ki, sosial sistemlərin transformasiyasında iqtisadiyyatla siyasətin qarşılıqlı təsirinin nəzəri cəhətdən araşdırılması əsas məsələlərdən biridir. Xüsusilə super mərkəzləşdirilmiş sosialist planlaşdırılmasından bazar iqtisadiyyatı sisteminə keçid dövründə bu təsirin öyrənilməsi daha çox aktuallıq kəsb edir.

R.Mustafayev hazırda bu sahədə üç həqiqətin öz qüvvəsini saxladığını qeyd edir:

Hələlik adamların tələbatını ödəyə biləcək həcmdə və keyfiyyətdə əmtəə istehsalına nail olmaq üçün bazar sistemindən yaxşı model və yol tapılmayıbdır. Lakin bu heç də təbii seçim probleminin zirvəsi deyildir.

Əlahiddə fəaliyyət göstərən bazar sistemi olduqca çevik və etibarlıdır. O, müxtəlif mədəniyyətlərə və siyasi sistemlərə müvəffəqiyyətlə uyğunlaşa bilər (totalitar kommunizmdən başqa). Hətta bir sıra sosial böhran şəraitində yaşamaq qabiliyyətinə də malikdir. Lakin bütün canlı orqanizmlər kimi, onda qüsur ola bilər. Normal vəziyyət pozulduqda isə dağılma prosesi baş verir.

Bazar sistemi demokratiyanı müdafiə etmək, ona dayaq olmaq üçün lazımdır. Belə ki, bazar hər gün vətəndaşa daha geniş azadlıq, sərbəstlik verir və bununla adamlar əhəmiyyətli bildikləri fəaliyyət sahəsi seçmək imkanı qazanır. Təşkilati-hüquqi planda azadlıq möhkəmlənir.

Plüralizm və bazarın kobud eqalitarizmi-mülkiyyətin fərdi mülkiyyət əsasında bərabərləşdirilməsi demokratik siyasi qaydaların əsasını təşkil edir. Demokratik qaydalar hakimiyyət özbaşnalıqlarığını aradan qaldırır, lakin belə halların təkrar olunmayacağına tam təminat vermir.

R.Mustafayev iqtisadiyyatla siyasətin qarşılıqlı münasibətinin üç aspektini göstərərək Azərbaycanın Şərq psixologiyasına və Avrasiya dövlətçilik ənənəsinin malik olduğunu habelə keçid dövrünün özünəməxsus siyasətin həyata keçirilməsi, bazar iqtisadiyyatı və demokratiyanın reallaşma tempi barədə düzgün fikir söyləmişdir:

-əvvala, adamları geyindirib, yedirtməyə qabil bazar iqtisadiyyatı, adamlarda öz dolanışığı üçün pul qazanmaq vərdişi formalaşmalıdır. Onun yetkin çağında isə demokratiya genişlənməlidir, bunula belə bazar iqtisadiyyatının özü elə ilk mərhələdən demokratik ünsürlərlə müşayət edilməlidir;

-bazar iqtisadiyyatına da, demokratiyaya da keçid pillə-pillə, tələsmədən olmalıdır. Şübhəsiz ki, bazar iqtisadiyyatının sürəti demokratiyanın sürətindən üstün həyata keçirilməlidir;

-bazar iqtisadiyyatının yetkinlik çağında demokratiya qaçılmaz olacaqdır. Bu prosesdə informasiyanın rolu xüsusilə əvəzedilməzdir.

Beləliklə, Heydər Əliyev siyasətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsini gücləndirərək:

iqtisadi siyasətin vahidliyini, bölünməzliyini və sosial yönümlülüyünü təmin etdi;

iqtisadi siyasətin proqnozlaşdıra bilən olmasını sübut etdi;

iqtisadi siyasəti sosial-strukturlaşdırılmış iqtisadi sistemin yaradılmasına istiqamətləndirə bildi, struktur siyasəti və strategiyası əsasında yaradılmış proqramları reallaşdıra bildi;

sosial-iqtisadi inkişafın cari vəziyyətinin obyektiv qiymətləndirilməsini reallaşdıra bildi;

iqtisadi siyasətdə keçid dövründə dövlətin əlahiddə tənzimləmə rolunu nəzərə aldı;

sübut etdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş ölkənin sosial-iqtisadi inkişafı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının gələcəyi haqqında belə demişdir: “Sərmayələrin gəldiyi əsas yer Bakıdır, neft sənayesidir. Ancaq biz çox maraqlıyıq ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin, ölkəmizin hər bir vətəndaşı aparılan böyük işlərin nəticəsini hiss etsin”.

Cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, respublikamızın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, dünyanın inkişaf etmiş ölkələrinin, beynəlxalq təşkilatların Azərbaycana marağının artması, ilk növbədə, dövlətimizin uğurlu siyasəti  ilə bağlıdır.

Bütün bunlar bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin ənənələri, onun müəyyənləşdirdiyi siyasət ölməzdir.

Sadiq Qurbanov,

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın
hüquqi tənzimlənməsi kafedrasının dosenti