24 yanvar 2020 10:31
681

İngiltərə Premyer Liqası: “Liverpul” 14-cü qələbəsini qazanıb

Bu gün İngiltərə Premyer Liqasının 24-cü turunun son oyunu keçirilib.

Turnir cədvəlinin hazırkı lideri “Liverpul” səfərdə “Volverhemton” klubunun qonağı olub.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mesrsessayd təmsilçisinin heyətində Jordan Hendersson və Roberto Firmino fərqləniblər. Meydan sahiblərinin yeganə qoluna isə Raul Ximenes imza atıb.

“Liverpul” bu qələbə ilə Premyer Liqada ardıcıl 14-cü qələbəsini qazaraq xalların sayını 67-ə çatdırıb.

“Volverhemton” isə 34 xalla 7-ci yerdə qərarlaşıb.