02 aprel 2020 16:24
1218

İqtisadiyyat nazirinə yeni müavin təyin edildi

Prezident İlham Əliyev İqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamla Sahib Nurəddin oğlu Ələkbərov bu vəzifəyə təyin olunub.

Sahib Ələkbərov 2005-2009-cu illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2010-cu illərdə Dövlət Statistika Komitəsi sədrinin müavini, 2 iyul 2010-cu il tarixindən isə Vergilər nazirinin müavini vəzifələrində çalışıb.