13 iyul 2020 15:13
915

İranda bir gündə koronavirusdan 203 nəfər vəfat edib

Son 24 saat ərzində İranda koronavirusa yoluxan 203 nəfər həyatını itirib.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səadət Sima Lari məlumat verib. O deyib ki, son sutka ərzində 2349 nəfər virusa yoluxub, 203 nəfər isə ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 259 min 652-yə, ölənlərin sayı 13 min 32-yə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 222 min 539 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiyada müalicə alan 3375 xəstənin vəziyyəti ağır olaraq qalır.

Mətbuat katibinin sözlərinə görə, İranın Şərqi Azərbaycan, Xorasan, Xuzistan vilayətləri ilə yanaşı, Mazandaran vilayətində də vəziyyət ağırlaşıb. //AZƏRTAC