04 iyun 2020 18:06
1075

İyunda Azərbaycanın bütün hava limanları sərnişin reysləri üçün bağlı olacaq

Azərbaycanın bütün hava limanları iyunda sərnişin reysləri üçün bağlı olacaq. “İki sahil” xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 1-dək Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlı olacaq. Xatırladaq ki, ötən həftə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı iyunun 8-dən sonra Gəncə və Naxçıvana aviareyslərin bərpasının planlaşdırıldığını açıqlamışdı.