16 mart 2020 19:04
973

Koronavirus Afrikaya yayılır

Benində yeni növ koronavirus infeksiyasına ilk yoluxma halı qeydə alınıb.

Bu barədə martın 16-da Benin hökumətinin rəsmi "Twitter" səhifəsində yayılan bəyanatda bildirilib.

Koronavirusa yoluxmuş şəxsin Belçikadan Beninə gəlmiş 49 yaşlı Burkina Faso vətəndaşı olduğu qeyd edilib.

Sözügedən şəxs fevralın 21-də Belçikaya gedib, martın 12-də isə Beninə uçub.

Hazırda xəstənin vəziyyətinin sabitdir. Onun müalicəsi davam edir. //Trend