07 aprel 2020 17:53
1199

Koronavirusa görə modul tipli xəstəxanalar quraşdırılacaq

Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli 6 (altı) xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ayrılıb.