13 mart 2020 11:07
2756

"Korona"ya əhəmiyyət vermədilər... - FOTO

Muğlanın Bodrum şəhərində isti havanı fürsət bilənlər dənizə girərək sərinlədilər. Son günlər dünyanı viran edən koronavirusun yayılmasına baxmayaraq çimərliklərə axın edən yerli və xarici turistlər dənizin dadını çıxardılar.

“İki sahil” xəbər verir ki, keçən həftə Bodrumda yağış və fırtına günəşli hava ilə əvəz olundu, çimərliklər dolub və daşdı. Bodrum sakinləri və turistlər havanın temperaturunun 23, dəniz suyunun istiliyinin isə 18 dərəcə olduğu bölgədəki Kumbahçe və Paşatarlası sahillərinə üz tutublar. Bir çox insan kafe və restoranlarda günəşlənməyi seçərkən, bəziləri isə dənizə girdilər.

Kumbahçe, Gümbet, Bitez və Ortakent çimərliklərində insanlar yay fəslini yaşayırlar. Yay günlərinin yaşadığı turizm cənnəti olan Bodrumda ticarət dükanları açılmağa başlanıb.

Nevşehirdən gələn yerli turist Melihşah Türker çox gözəl bir hava olduğunu ifadə edib: “Hava istiliyi artdığına görə dənizdə çimməyi seçdim. Günəşi görəndə dənizə getmək və bu günü dəyərləndirmək istədim. Ölkəmizin gözəl gözəlliklərindən biri də 4 mövsümü birlikdə yaşamaqdır. Bəzi şəhərlərdə qış, bəzi şəhərlərdə yaz və Bodrumda isə yayı yaşayırıq.”