20 aprel 2019 20:51
963

Lənkəranda xiyar yığımına başlanılıb

Bir neçə gündür Lənkəran rayonunun fərdi təsərrüfatlarında polietilen örtük altında əkilmiş xiyarın yığımına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsasən yerli bazarlara çıxarılan xiyarın məhsuldarlığı və qiyməti istehsalçıları qane edir.

İlk günlər yerində kiloqramı 2 manata satılan xiyarın qiyməti indi 1,5 manatdır.

Məhsul istehsalçısı Mərifət Babayeva mart ayının əvvəllərində 0,30 hektarda 2 min ədəd xiyar şitili əkdiyini, mövsüm ərzində fərdi təsərrüfatından 3-4 ton məhsul götürəcəyini söyləyib.

Əkin və becərmə zamanı kimyəvi dərmanlardan istifadə olunmadığına görə yetişdirilən xiyar məhsulu ekoloji cəhətdən təmizdir.

Qeyd edək ki, rayonda xiyar yığımı iyul ayınadək davam edəcək.