Litvada sutka ərzində koronavirusun yeni növü COVID-19-a daha 3 yoluxma faktı qeydə alınıb.
Bu barədə Litvanın Səhiyyə Nazirliyini məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 12-yə çatıb.
Məlumata əsasən, virusa yeni yoluxan hər üç şəxs bu yaxınlarda xarici ölkədən qayıdıb.
Səhiyyə Nazirliyi onlardan birinin Klaypeda Universiteti Xəstəxanasında karantinə alındığını, digər iki nəfərin isə Vilnüsdəki “Santaros” klinikasında yerləşdirildiyini bildirib. //AZƏRTAC
Ağ Ev ABŞ və Suriya prezidentləri arasında noyabrın 10-da görüş keçiriləcəyini təsdiqləyib
Ermənistanın iqtisadiyyat naziri Qazaxıstandan Azərbaycan vasitəsilə taxıl tədarük edildiyini açıqlayıb
Papuaşvili: Avropa İttifaqının Gürcüstana qarşı şantajı heç bir nəticə verməyəcək