17 sentyabr 2019 16:53
897

Məhkəmə Koçaryanla bağlı qərar verdi

Anna Danibekyanın rəhbəri olduğu Yerevanın ictimai hüquq məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə qalması ilə bağlı qərar qəbul edib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Danibekyan Koçaryan tərəfinin sabiq prezidenti dərhal azad etməsi ilə bağlı şikayətini rədd edib. 

O bildirib ki, sabiq prezident qərardan Apellyasiya Məhkəməsinə şikayət edə bilər. 

Qeyd edək ki, sentyabrın 12-də Koçaryanın vəkilləri sabiq prezidentə qarşı azadlıqdan məhrumetmə qərarının dəyişdirilməsi ilə bağlı müraciət edib. 

Xatırladaq ki, sabiq prezident 2008-ci il martın 1-də baş tutan aksiyaların dağıdılması işi üzrə konstitusiya quruluşunu devirməkdə ittiham edilir. R.Koçaryan 2018-ci ildə iki dəfə həbs olunub. Bu il iyunun 25-də isə onun barəsində üçücü dəfə həbs qərarı çıxarılıb.