13 noyabr 2019 12:27
507

Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir

Noyabrın 13-də Milli Məclisin plenar iclasında 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilir.

AZƏRTAC xəbər verir ki, iclası Milli Məclisin Sədri Oqtay Əsədov açıb.

İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirələr aparılır.