Moldova Prezidenti İqor Dodon bu gün Rusiyaya bir günlük işgüzar səfərə gedəcək.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, İ.Dodon səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Tərəflər Moldova-Rusiya arasında əməkdaşlığın bütün aspektlərini, o cümlədən Rusiyanın təbii qazının Ukrayna vasitəsilə Moldovaya çatdırılmasını müzakirə edəcəklər.
Bundan başqa, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi də müzakirə predmeti olacaq.