13 iyun 2019 21:27
611

NASA-dan etiraf - Səbəbi biz də bilmirik

NASA Günəş sisteminin ən böyük planeti olan Yupiterin üzərindən çəkilən bir fotonu paylaşıb.

 “Ölkə.Az” xəbər verir ki, rəsmilər girdabın göründüyü foto haqqında “Oradakı qara nöqtə nədir? Heç kəs əmin deyil” açıqlamasını veriblər.

Paylaşılan fotoda Yuiterin üzərində qara bir nöqtə görünür. NASA isə məsələ ilə bağlı açıqlama verərək bunun nə olduğunu bilmədiklərini deyib. Kəşf edilən qara buludun nə olduğu barədə fikir bildirmək mümkün deyil.

Məlum olub ki, foto 29 may tarixində çəkilib. “Juno” adlı kosmik aparat Yupiterdən 15 min km hündürlükdən keçəndə bu fotonu lentə alıb.