17 noyabr 2019 13:00
976

Nikola Yurçeviç: "Bəlkə də nəsə etmək mümkün idi..."

Rəqib komandanı təbrik edirəm. Layiqli qələbə qazandılar. Uels yığması yaxşı komandadır. Standart vəziyyətlərdən qol buraxdıq. Rəqibin heyətində hündürboylu oyunçular var. Onların öhdəsindən gələ bilmədik. Biz künc zərbələrindən də yararlanmağı bacarmadıq.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç "Avro 2020"nin seçmə mərhələ matçında Bakıda Uelsə uduzduqları (0:2) oyundan sonra təşkil olunmuş mətbuat konfransında səsləndirib.

Əlli üç yaşlı mütəxəssis deyib: "Bizim hücumlarımız çox da kəsərli və təhlükəli deyildi. Bir epizodu qeyd etmək istəyirəm. Rəqib oyunçu açıq əllə oynadı, penalti var idi. Uels keyfiyyətli və təcrübəli komandadır. Onların oyunçuları Avropanın aparıcı klublarında çıxış edirlər. Bizim isə bəzi futbolçularımız zədəlidir. Onlar heyətdə olsaydı, bəlkə də nəsə etmək mümkün idi. Ancaq alınmadı".