15 avqust 2020 14:28
1407

Ötən ay 201 minik avtomobili istehsal olunub

İyulda ölkədə 201 minik avtomobili istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ay maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 36,9 milyon manatlıq məhsul istehsal olunub.