15 yanvar 2021 17:55
762

Ötən il Azərbaycana avtomobil gətirilməsinə 648 milyon dollar xərclənib

2020-ci ildə Azərbaycana 53 min 729 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,6 faiz çoxdur.

"İki sahil" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki,  ötən il ölkəyə 49 min 692 ədəd və ya əvvəlki illə müqayisədə 15,1 faiz əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. 

Bundan başqa, 2020-ci ildə ölkəyə 3 min 626 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 4,1% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 259 ədəd (azalma 52,6%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 152 ədəd (75 ədəd az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, ötən il ölkəyə 5 min 80 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 167 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

 2020-ci ildə avtomobil idxalının ümumi dəyəri 647 milyon 596,79 milyon ABŞ dolları təşkil edib.