28 yanvar 2021 09:54
877

Özbəkistan qərar verdi

Özbəkistanın Koronavirusla Mübarizə üzrə Xüsusi Respublika Komissiyası yanvarın 28-dən konsert və digər kütləvi tədbirlərin keçirilməsinə, saat 23:00-dan sonra isə kafe və restoranların, əyləncə mərkəzlərinin, gecə klublarının fəaliyyətə başlamasına icazə verilib.

“İki sahil”in məlumatına görə, konsert salonlarında və digər kütləvi tədbirlərdə sanitar-epidemioloji tələblərə, sosial məsafəyə əməl edilməli, insanlar maskada olmalı, konsert və digər tədbirlərin keçirildiyi məkanlarda tamaşaçı sayı 50 faizi ötməməlidir.