22 may 2020 10:40
2844

Paşinyan Ermənistanın faşist mahiyyətinin simvoludur

“İnsan yalanla ülfət etdikdə ağıl və istedad onu tərk edir.”  Ədəbi tənqidçi V.Belinskinin bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın boyuna biçilib. Yalan danışmağa adət etmiş, şeytanın da ağlına gəlməyən böhtanları dəfələrlə ifşa olunan Paşinyan bilmir ki, saxtakarlığa adət etmiş adam tez rüsvay olar və onun doğru sözünə də inanmazlar. Yalan söyləmək mənəviyyatı olmayan adamlar və başqalarının qapılarında dilənənlər üçün qazanc mənbəyidir. Bu sahədə böyük təcrübəyə malik ermənilər sələflərinə sadiq qalaraq əsrlərdən bəri genlərində yaşatdıqları tarixi saxtalaşdırmaq, həqiqətə yalan don geyindirmək xüsusiyyətlərini milli keyfiyyət kimi nəsildən-nəslə ötürürlər. Tarixləri, üzə çıxarılası keçmişləri olmasa da, fantaziyanın məhsulu olan “ermənilik” barədə mif yaradan yalançı alimlərin “böyük Ermənistan”, “əzabkeş Ermənistan”, “ermənilərin birinci xristian milləti” olması barədəki miflərinin şüurlara yeridilməsi cəhdləri çox gülünc formada təzahür edib. Əsası olmayan tarixlərini qədimləşdirmək məqsədilə əsrlərdən bəri çalışan erməni apostol kilsəsinin (Eçmiədzin), erməni diasporunun, Abel Aqanbekyan, Zori Balayan, Silva Kaputikyan kimi “ideoloq və tarixçilərdən” nümunə götürən dünya erməniləri miflər aləmində qalmaqdadırlar.

Babasının faşizmə qulluq etdiyini gizlətmək üçün yollar axtaran Paşinyan yenə də xəyalpərəstliyindən yararlanaraq Azərbaycana qarşı növbəti böhtanlarını səsləndirməkdədir. Son günlərdə onun Məmməd Əmin Rəsulzadə ilə bağlı sərsəmləmələri də göstərir ki, yalan, böhtan bu əqidəsiz baş nazirin sabun köpüyünə bənzəyən özünümüdafiə silahıdır. Üzləşdikləri həqiqəti yalanları ilə ört-basdır etməkdə püxtələşən Paşinyan gorbagor babasının əməllərini gizlətmək, faşizmə haqq qazandırmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Məmməd Əmin Rəsulzadənin guya almanlarla əməkdaşlıq etdiyini bildirir. Bu iddianı təsdiqləyən sənəd, fakt olmasa belə, yalanlarına həyasızcasına həqiqət donu geyindirməyə çalışan Paşinyanın söylədiklərinə yalnız özü kimi saxtakarlar inanarlar. Genlərində satqınlıq, xəyanət olan, bir qarın yemək üçün Hitlerin əlaltılarının ayaqlarını öpmək yalnız bu xəyanətkar xalqa məxsusdur. Bu baxımdan babası alman faşizminə xidmət edən Paşinyanın İrəvanın mərkəzində abidəsi ucaldılan, Reyxin nökəri Njdeyə, Droya məhəbbəti başadüşüləndir. Azərbaycanda, Rusiyada, Fransada və digər ölkələrdə yaşayan Böyük Vətən müharibəsi veteranları faşizmə rəğbət bəsləyən Ermənistan rəhbərliyinə bu əməllərinə görə etirazlarını bildirsələr də, hələ də Nikolun “baba mirası” olan abidə yerindədir.

Daim gərgin olan ölkədaxili sabitliyi yalanları ilə qorumağa çalışan, erməniləri belə aldadan, ifşa olunan böhtanları üçün üzü qızarmayan Paşinyan artıq bu cür həyasızlığa öyrəşib. Əgər belə olmasaydı həqiqət tərəfdarı olan, fikirlərini real faktlar əsasında söyləyən Prezident İlham Əliyevin arqumentləri qarşısında acizliyindən xəcalət çəkər, növbəti yalanlarını sərgiləməzdi.

Ötən il keçirilən mühüm tədbirlərdə yalanları Prezident İlham Əliyev tərəfindən necə deyərlər, sifətinə çırpılan Paşinyanın düşdüyü mat vəziyyətlərini xatırlayaq. Bu, Paşinyanın tarixi və siyasi hadisələri qiymətləndirmək savadının sıfıra bərabər olduğunu göstərir. Aşqabadda keçirilən MDB Dövlət başçılarının Zirvə Görüşündəki “tarixi açıqlamasında” Soljenitslə faşist Njdeni eyniləşdirən Paşinyanın bu “fitri istedadı” Rusiya və Ermənistan mətbuatında lağa qoyuldu. Həmin görüşdə Ermənistanın faşizm idelogiyasına dəstəyini ifşa edən Prezident İlham Əliyevin çıxışı, gətirdiyi arqumentlər, Paşinyana sərt cavabı dünya mətbuatında lider qətiyyətinin nümunəsi adlandırıldı: “Ondan sonra, görün, nə deyir? Rusiya jurnalistləri ilə görüşdə deyir ki, nə olsun ki, Njde Hitlerlə görüşüb, Molotov da Hitlerlə görüşüb. Bax, bilirsiniz, buna daha şərh vermək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub, 1939-cu ildə müharibənin mümkünlüyünü aradan qaldırmaq üçün gedibdir, görüşübdür. O, Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı koalisiyanın başında duran Sovet İttifaqının aparıcı simalarından biri idi. Onu Njde ilə eyniləşdirmək olar?!... Amma bunu deyən bu gün o ölkənin rəhbəridir. Yəni onlardan nə gözləmək olar? Bu sual ritorik sualdır.”

Xatırladaq ki, Üçüncü Reyx ilə əməkdaşlıq edən, Böyük Vətən müharibəsi illərində Bolqarıstan ərazisində ermənilərdən ibarət yaratdığı agent şəbəkəsinin vasitəsilə təxribatlar törədən, erməni legionu yaradan Njde həm də Avropanın yəhudi əhalisinə qarşı soyqırımda - Holokostda iştirak edib. Əsas şüarı: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” deyən faşist cəlladı Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi Böyük Vətən müharibəsində faşizmin qurbanı olan milyonların xatirəsinə hörmətsizlikdir.

Ermənilərin faşizmə rəğbətini Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı məntiqli çıxışı ilə diqqətə çatdıran Prezident İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin qeyd olunmasında Ermənistanın haqqının olmadığını bildirdi: “Biz imkan verə bilmərik ki, MDB məkanında faşistlərə abidələr ucaldılsın. Dedim ki, Ermənistanda faşist Qaregin Njdeyə 6 metrlik abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuledilməzdir. Dedim ki, o vaxt o, həbs olunmuşdur və həbsxanada da çürümüşdür. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın adı “SMERŞ” idi. Bilməyənlər bilsinlər ki, bu, abreviaturadır, bunun adı “Smert Şpionam”, “SmerŞ”, yəni, “Casuslara ölüm”. Yəni casus kimi həbs olundu, ona 25 il cəza verildi, faktiki olaraq, ölüm cəzası və o, Vladimir türməsində dünyadan getdi. İndi, görün, Ermənistanın baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsın da lagerdə olub, dissidentlər də türmədə olub. Yəni bu adam Soljenitsını və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.”

Heç dəyişməyəcək də. Çünki genlərindəki insanlara nifrəti nəsildən-nəslə ötürən, monoetnik dövlət yaratmaqla başqa xalqlara yuxarıdan aşağı baxan ermənilərdə faşizm milli ideologiya kimi “yan”ların ata-baba mirasıdır. Belə ki, Paşinyanın faşist babasını Məmməd Əmin Rəsulzadə ilə müqayisə etməsi baş nazirin ölkədaxili sabitliyə hesablanmış daha bir yalanı, özünü sığortalamaq cəhdidir.

Xuraman İsmayılqızı, “İki sahil”