24 iyun 2020 18:42
1183

Paşinyanın 2 deputatı COVİD-19-a yoluxdu

Ermənistan parlamentinin daha iki deputatı koronavirusa yoluxub.

“İki sahil” Trend-ə istinadən xəbər verir ki, hakim “Mənim addımım” partiyasının deputatları Kristine Poqosyan və Viktor Yengibaryanın testi müsbət nəticələnib.

Hər iki deputat özünütəcrid formada, evdə müalicələrini davam etdirir.

Bundan əvvəl, Ermənistan parlamentinin vitse-spikeri Vahe Enfiacyan COVID-19-a yoluxduğunu elan etmişdi.